`Standard`da yeni baş məşqçi

single-news
5 Yan 2009

`Standard`da yeni baş məşqçi



`Standard` klubunun yeni baş məşqçisi müəyyənləşib. Gürcü çalışdırcı  Kaxaber Tsxadadzenin istefasından sonra boş qalan baş məşqçi postunu onun köməkçisi Badri Kvaratsxeliya tutacaq.
Tsxadadze `Standard`ın sükanı arxasına ötən qışda keçmişdi. O, vətənində vaxtilə `Sioni`də olduğu kimi, 43 yaşlı Badri Kvaratsxeliyanı özünə köməkçi götürmüşdü.
Kvaratsxeliya futbolçu karyerasının ən yaxşı illərini Azərbaycanda keçirərək, `Kəpəz` və `Şəmkir`lə ölkə çempionu olub. Ötən mövsümü 9-cu yerdə başa vuran “Standard” qış fasiləsinə də 8-ci pillədə yollanıb.

Paylaş

// pop up