`Standart`la hazırlıq matçı...

single-news
30 Yan 2010

`Standart`la hazırlıq matçı...



`Qarabağ`ımız premyerliqanın qış fasiləsinin bitdiyi ərəfədə sonuncu hazırlıq matçını keçirdi. Yanvarın 26-sı Bakıya dönən komandamız hazırlıqlarını paytaxtda davam etdirirdi. Yerli iqlimə alışması üçün komandamız bir hazırlıq maçında gücünü sınamağı lazım bildi. Suraxanı qəsəbə stadionunda komandamız `Standard`la qarşılaşdı.

Komandamızın baş məşqçisi Qurban Qurbanov hər hissədə 2 fərqli `11`-liyə şans verdi.

İlk hissədə komandamız bu heyətlə mübarizə apardı.

Fərhad Vəliyev, Maksim Medvedev, Rəşad Sadıqov, Admir Teli, Elnur Allahverdiyev, Aslan Kərimov, Rəşad Sadiqov, Elvin Məmmədov, Əfran İsmayılov, Emin İmaməliyev, Rauf Əliyev.

İlk hissə komandamızın üstünlüyü ilə başlasa da, debütdəcə sumqayıtlılar 2 dəfə fərqlənə bildilər. Balamestnı və Muciri Böyükağa Hacıyevin komandasının qollarına imza atdılar. Geridə qalan müddətdə komandamız dəfələrlə qol vurmağa şans qazansa da, rəqib qapıçısı dəqiq oynadı.

Qeyd etdiyimiz kimi, `Qarabağ` 2-ci hissədə tam fərqli heyətlə mübarizə apardı: Sahil Kərimov, Aftandil Hacıyev, Zaur Həşimov, Ayxan Abbasov, Nodar Məmmədov, Qara Qarayev, Namiq Yusifov, Tural İsgəndərov, Natiq Kərimi, Rəşad Kərimov, Emin Mustafayev, Vüqar Nadirov, James Braun.

Göründüyü kimi heyətdə olan bütün futbolçular aşans verən komandamızın qapısına Sumqayıt klubu daha 2 dəfə yol tapa bildi.

Xatırladaq ki, komandamızın yeni transferi Georgi Adamiya yüngül zədə səbəbindən sadəcə qaçışla kifayətləndi.

Paylaş

// pop up