Starta 2 gün qaldı...
5 Yan 2010
Starta 2 gün qaldı...
`Qarabağ` Futbol Komandası yanvarın 6-da bir araya gələcək. Yanvarın 7-dən etibarən məşqlərə start verəcək komanda yanvarın 11-də Türkiyənin Antalya şəhərinə yollanacaq. İC Santai otelində məskunlaşmağı planlaşdıran `Qarabağ` transfer məsələlərini də məhz Antalyada həll etməyi fikirləşir. Bakıdakı hazırlığa Qara Qarayev və Tural İsgəndərovdan başqa, icazəli Admir Telidə qatılmayaq. Adıkeçən futbolçuların hər üçü Antalyada komandanın düşərgəsinə qatılacaqdır.
Hazırlığın ikinci həftəsində yoldaşlıq görüşləri planlaşdırılır. Beş oyun keçirəcək komandamız yanvarın 26-da Bakıya qayıdaraq, matç həftəsini Bakıda keçirəcək. Xatırladaq ki, `Qarabağ` növbəti turun oyununu Bakının `Neftçi` komandasına qarşı keçirəcəkdir.