STATİSTİKA: "QARABAĞ" - "TURAN"

single-news
17 Apr 2007

STATİSTİKA: "QARABAĞ" - "TURAN"



“Qarabağ” Futbol Klubu Azərbaycan çempionatının növbəti turunda qarşılaşacağı “Turan”la matçın hazırlıqlarını tamamlayaraq oyunsaatını gözləməyə başlayıb. Klubumuz “Turan”la doğma divarlar arasında keçirdiyi son 3 qarşılaşmadan qələbə ilə ayrıla bilib. Bu qarşılaşmalarda tovuzlular bir dəfə də olsun qol sevinci yaşaya bilməyib: 4:0 ; 1:0 ; 1:0. Cari mövsümün ilk dövrəsində isə “Qarabağ” rəqibinə 3:1 hesabıyla məğlub olmuşdu. Ümumiyyətlə, 15 çempionat ərzində rəqiblər indiyə kimi 30 dəfə qarşılaşıblar. Bu matçların 10-da qalib gələn “Qarabağ” 6 dəfə rəqibiylə hərəyə bir xal qazanıb. Maraqlı amil isə vurulan qollarla bağlıdır. Rəqibin qapısından 33 top keçirdiyi halda eyni sayda da top buraxmışıq. Tərəflərin kubokda göstəricilərinə gəlincə, “Qarabağ”ın böyük üstünlüyü nəzəri cəlb edir. İndiyə kimi, 6 dəfə qarşılaşsalarda “Turan” cəmi bir dəfə qələbəyə sevinib. Digər 5 görüş isə klubumuzun qələbəsiylə nəticələnib. Eyni zamanda “Qarabağ” çempionatda say etibarilə ən cox “Turan”la üz-üzə gəlib - 15 Cempionatda. Buna səbəb isə “Qarabağ”ın “Turan”la bütün çempionatların iştirakçısı olmalarıdır.

Paylaş

// pop up