Stiv Maklaren: Siz komandanızla fexr etməlisiniz.`

28 Avq 2009
Stiv Maklaren: Siz komandanızla fexr etməlisiniz.`
Oyundan sonra keçirilən mətbuat konfransına ilk olaraq Stiv Maklaren başladı:` "Qarabağ" - "Tvente" oyunundan sonra qonaq komandanın baş məşqçisi Stiv Maklaren: Oyuna yaxşı başlamadıq. Matçın əvvəlində çox zəif oynadıq. Sizin çox sayda şansınız oldu. Amma yararlana bilmədiniz. İkinci hissədə vəziyyət dəyişdi. Amma yenə də 22 nömrəli futbolçunun (Əfran İsmayılov) ifasında qol imkanınız oldu deyib. "Bizim əsas məqsədimiz Avroliqanın qrup mərhələsinə adlamaq idi. Məqsədimizə çatdıq. Buna baxmayaraq oyundan razı qalmadım. Siz komandanızla fəxr etməlisiniz. `Qarabağ` həqəqitəndə çox yaxşı komandadır. Onlar yaxşı oyunadı və azarkeşlərə zövq yaşatdı. Etiraf etməliyəm ki, Bu gün ki, oyunda və ilk oyunun ilk yarısında `Qarabağ`bizdən daha yaxşı oynadı". "Qarabağ"ın bəzi oyunçuları xoşuma gəldi. Rəşad Sadiqovla Vaqif Cavadov hər iki oyunda bizə çətin anlar yaşatdı", deyə ingilis mütəxəssis əlavə edib.
Komandamızın baş məşqçisi Qurban Qurbanov: `Düzdü, nəticə heç də arzuolunan olmadı. Amma mən komandamın oyunundan razı qaldım. Demişdim ki, sona qədər mübarizə aparacağıq. Belə də etdik. Bir neçə qol vəziyəti yaratdıq. Ancaq bəxtimiz gətirmədi. Əgər bir qol vura bilsəydik, ikincini də vurardıq`. Qurbanov Əfran İsmayılovdan razılıq edib: "Bu oyunda bir neçə aparıcı oyunçumuz iştirak etmədi. Əfranın oyunundan razı qaldım. O, mənim bütün tapşırıqlarımı yerinə yetirdi. Sevinirəm ki, gənc oyunçularımız Avropada inamla mübarizə apardı. İnanıram ki, gələcəkdə İsmayılov milli komandaya düşəcək. Mən daha çox azarkeş gözləyirdim. Fanatlarımız bu gün ən azı bir qol görməli idi. Ümumiyyətlə çox şadam ki, Avropada keçirdiyimiz 6 oyunun cəmi birində məğlub olduq".