SÜLHLƏ BAŞA ÇATAN TƏLİM MƏŞQ . . .

12 Okt 2006
SÜLHLƏ BAŞA ÇATAN TƏLİM MƏŞQ . . .
"QARABAĞ" 1-1 "U-19"
"Qarabağ" - A.Səlimov, S.Abasov, A.Məmmədov, B.İliç, N.Yusifov, Rom.Hüseynov,Ram.Hüseynov (V.Haqverdiyev), M.Orucov, X.Mərdanov (H.İsgəndərov), M.Hüseynov, K.Kərimov.
Heyətdən də göründüyü kimi, komandamız heç də ideal sayılacaq heyətlə meydana çıxmamışdı. Əksinə əvvəlki oyunda meydana çıxmış Hakan Dəmir də bu oyunda istirahət edirdi. Bundan başqa Slobodan Sladoyeviç, Elmir Xankişiyev, İrakli Beraya və millinin heyətində olan dörd futbolçusuz "Qarabağ" özünə bənzəmədi . . .
...Oyun sakit məcrada başladı və həm ilk, həm də ikinci hissədə qapılar ağzında az saylı qol vəziyyətləri yaradıldı. Bu səbəbdən də qolda ikinci hissənin əvvəlində vuruldu. Mübariz Orucovun asmasını Romal Hüseynov gözəl baş zərbəsi ilə qapıdan keçirdi. Ümumi ərzi üstünlüyünə malik olan komandamız hücumları məntiqi sonluqla başa vura bilməməsi matç sonuna qədər hesabın dəyişməməsinə səbəb oldu. Əvəzində son dəqiqədə gözlənilmədən meydanın mərkəzində Hüseyn İsgəndərovun səhvindən sonra rəqib hücumçu gənc qapıçımız ilə təkbətək dueldən qalib ayrıldı.
Oyun bu hesabla da başa çatdı.