Sürətlə davam

single-news
18 İyl 2012

Sürətlə davam



`Qarabağ`ımız Boluda 2-ci məşqinə çıxdı.  Dünən axşam qardaş ölkəyə gələn komandamız son sürətlə hazırlıqlarını davam etdirir. `Qarabağ`ımızın axşam məşqi yerli vaxtla 18:30-da baş tutdu. 90 dəqiqə davam edən məşq toplu çalışmalara həsr olundu. Yüksək tempdə çalışmada futbolçuların istək və əzmi texniki heyəti məmnun etdi.
Səhər məşqində fərdi çalışan Hacı Əhmədov kollektiv çalışmalarda iştirak etsə də, səhər məşqində yüngül zədə alan Rəşad Sadıqov və Rauf Əliyev məşqi kənardan seyr etdi. Komandamız sabah səhər yüngül çalışma yerinə yetircək. Axşam isə `Tavşanlı Linyitspor`la oyuna yollanacaq.

Paylaş

// pop up