"Sumqayıt" - "Qarabağ" oyununun təyinatları açıqlanıb

single-news
8 Apr 2022

"Sumqayıt" - "Qarabağ" oyununun təyinatları açıqlanıb



Azərbaycan Premyer Liqasının 22-ci turunda keçiriləcək "Sumqayıt" - "Qarabağ" oyununun təyinatları açıqlanıb.

 

"Kapital Bank Arena"da keçiriləcək görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək. Zeynal Məmmədov və Akif Əmirəli köməkçi hakimlərdir. Rauf Allahverdiyev dördüncü hakim funskiyasını yerinə yetirəcək.

 

Hakim-inspektor Asim Xudiyev, AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.

 

Qarşılaşma aprelin 10-u saat 18:30-da başlayacaq.

Paylaş

// pop up