"Sumqayıt" - "Qarabağ"ımız 0:6
10.jpg)
1 Apr 2019
"Sumqayıt" - "Qarabağ"ımız 0:6
"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə "Sumqayıt"ın qonağı olub. Komandamız 6:0 hesablı qələbə qazanıb. Matçın 17-ci dəqiqədə Dani Kintana cərimə zərbəsindən möhtəşəm qolla hesabı açıb. 3 dəqiqə sonra isə Filip Ozobiçin ötürməsini Mahir Mədətov qapıdan keçirib. İlk hissənin sonlarına yaxın Mahir Mədətov özünün ikinci komandamızın üçüncü qolunu vurub. İkinci hissənin əvvəllərində Filip Ozobiç möhtəşəm zərbəylə hesabı 4:0 edib. Matçın 78 və 84-cü dəqiqədə Abdullah Zubir iki qol vuraraq hesabı 6:0 edib. Qarşılaşma bu hesabla da abaşa çatıb.