"Sumqayıt" - "Qarabağ"ımız 2:1

single-news
22 Noy 2019

"Sumqayıt" - "Qarabağ"ımız 2:1



Bu gün Azərbaycan Premyer Liqasında XII tura start verilib. Turun ilk matçında "Qarabağ"ımız səfərdə "Sumqayıt"ın qonağı olub. İlk hissədə oyuna nəzarəti ələ alan komandamız yalnız hissənin sonlarına yaxın hesabı aça bilib. Matçın 36-cı dəqiqəsində Xayme Romero cərimə zərbəsindən fərqlənib. İkinci hissəyə sürətli başlayan rəqib 65 və 68-ci dəqiqələrdə fərqlənərək hesabda önə keçib. İkinci qoldan bir dəqiqə sonra isə komandamızın heyətində İsmayıl İbrahimli qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Qalan dəqiqələrdə komandamız təzyiqi artırsa da, hesabı dəyişə bilməyib və qarşılaşma rəqibin 2:1 hesablı qələbəsiylə başaçatıb.

Paylaş