`Sumqayıt-Şəhər` - `Qarabağ`. 0:0
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5421.jpg)
`Sumqayıt-Şəhər` - `Qarabağ`. 0:0
`QARABAĞ`: Boyan Pavloviç, Qara Qarayev, Namiq Yusifov, Maksim Medvedev, Rauf Əliyev, Rəşad Sadıqov, İlqar Qurbanov, Əfran İsmayılov, Admir Teli, Ansi Aqolli, Georgi Adamiya
1`- Oyun başlayır
3`- Komandamız hücum qurmağa çalışır, lakin rəqib Aqollinin qarşısını alır
5`- `Sumqayıt-Şəhər` hücumu... qapıya doğru zərbə və Pavloviç topu dəf edir
8`- `Qarabağ`ın təhlükəli hücumu... Əfran qapıçı ilə təkbətək qalır və qapıya doğru zərbə, lakin qapıçı zərbəni dəf edir
12`- `Qarabağ` ərazi üstünlüyünü ələ keçirməyə çalışır
15`- Adamiyaya qarşı qayda pozlulur və hakim cərimə zərbəsi təyin edir. Rəşad cərimə zərbəsini yerinə yetirir və qapıçı topu tutur
16`- `Qarabağ` hücumu.. İlqar irəliləyir, lakin rəqiblə mübarizədə top meydandan çıxır
17`- İlqar Qurbanov künc zərbəsini yerinə yetirir, müdafiəçilər topu uzaqlaşdırır
20`- Daha bir hücumumuz... lakin müdafiəçilər topu uzaqldaşdırır
22`- `Sumqayıt-Şəhər` oyunçusu Eşqin Quliyev cərimə zərbəsini yerinə yetirir və qapıya doğru zərbə və top qapının üstündən keçir
25`- `Qarabağ` hücumu... Əfran sürətlə irəliləyir... qapı qarşısına ötürməsi, lakin topa çatan olmur
26`- Maksim irəliləyir, Maksimin qapı qarşısına təhlükəli ötürməsi, İlqarın qapıya zərbəsi bir qədər zəif olur və qapıçı topu dəf edir
29`- `Sumqayıt-Ş`dən Mahmud Qurbanov künc zərbəsini yerinə yetirir və Samir Abasovun qapıya zərbəsi və top qapının üstündən keçir
30`- Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir, qapı qarşısına ötürmə və qapıçı topu tutur
34`- `Qarabağ` hücumu... Rauf sürətlə irəliləyir lakin rəqib topu ondan alır, lakin Adamiya topu rəqibindən alaraq topu Əfrana ötürür, lakin Əfran zərbə üçün gecikir və qapıçı topu dəf edir
38`- Növbəti hücum... Maksimin qapı qarşısına ötürməsi, lakin Ruslan Tağızadə ötürmənin qarşısını alır
41`- İlqar Qurbanov zədələnir və onu Bəxtiyar Soltanov əvəzləyir
45`- `Qarabağ` hücumu... Bəxtiyar Soltanov cərimə meydançasına daxil olur, lakin o rəqiblə mübarizədə topu itirir
45+1`- İlk hissə bitir
46`- İkinci hissəyə `Qarabağ` hücumla başlayır. Əfran rəqiblərini keçərək cərimə meydançasına daxil olur, qapıya doğru zərbə və qapıçı iki cəhdlə topu tuta bilir
47`- `Sumqayıt Ş` cərimə zərbəsi yerinə yetirir və Pavloviç topu tutur
49`- `Qarabağ`ın növbəti təhlükəli hücumu... Rauf qapıçı ilə təkbətək qalır, Raufun qapıya doğru zərbəsi və qapıçı ayaq zərbəsi ilə topun qapıya girməsini qarşısını alır
54`- Daha bir hücum... Qara Qarayevin ötürməsi sürətli olur və Əfran topa çata bilmir
58`- Oyun `Qarabağ`ın ərazi üstünlüyü ilə gedir
59`- Daha bir təhlükli hücumumuz... Əfran qapıçı ilə təkbətək qalır və topu çətinliklə də olsa dəf edir
61`- `Qarabağ`da oyunçu dəyişikliyi... Qara Qarayevi Roşa əvəzləyir
63`- `Qarabağ` hücumu... Əfranın cərimə meydançasındakı Raufa ötürməsi, lakin müdafiəçi ötürmənin qarşısını son anda alır
64`- `Sumqayıt Ş`də Orxan Əsədovu Eldar Məmmədov əvəzləyir
65`- Daha bir hücum... Əfranın qapı qarşısına ötürməsi, Adamiyanın qapıya təhlükəli zərbəsi və bu dəfə də qapıçı topu dəf edir
68`- `Qarabağ` künc zərbəsini yerinə yetirir, Roşanın qapıya doğru zərbəsi və top qapının üstündən keçir
69`- Komandamızın ardıcıl hücumları... Raufun qapıya zərbəsi müdafiəçilərdən dönür. Qayıdan topa Adamiyanın zərbəsi, lakin qapıçı topu dəf edir
70`- `Sumqayıt Ş`də növbəti oyunçu dəyişkiliyi... Eşqin Quliyevi Kamil Mirəhmədov əvəzləyir
71`- Oyun tam `Qarabağ`ın hücumları şəraitində gedir
74`- Daha bir hücumumuz... Əfranın qapı qarşısına təhlükəli hücumu... Roşa topa zərbə endirməyə çalışsa da qapıçı bun amane olur
76`- Növbəti təhlükəli hücum... Raufun gözəl ötürməsi, lakin müdafiəçi ötürmənin qarşısını alır
77`- `Qarabağ`ın növbəti təhlükəli hücumu... Raufun boş qapıya zərbəsi, lakin müdafiəçi son anda topun qapıya girməsinin qarşısını alır
80`- `Sumqayıt Ş`də sonuncu oyunçu dəyişikliyi..
83`- `Sumqayıt Ş` cərimə zərbəsini yerinə yetirir və qapıya doğru zərbə, Pavloviç topu dəf edir
86`- `Qarabağ` hücumu.. amma nəticəsizdi
88`- `Sumqayıt Ş` hücumu, qapıya doğru uzaqdan zərbə və top qapı tirinə dəyir
90`- Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir və top qapıdan aralı keçir
90+2`- Roşanın qapıya doğru uzaqdan zərbəsi və top müdafiəçilərə dəyərək uzaqlaşır
90+3`- Roşaya qarşı qayda pozulur. Roşa cərimə zərbəsini yerinə yetirir və top qapının yanından keçir
90+4`- Hakim oyunu bitirir