Sumqayıtda bir qol

single-news
28 Apr 2024

Sumqayıtda bir qol



“Sumqayıt” – “Qarabağ” – 1:0

28 aprel 2024. Saat 20:00. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 9300 tamaşaçı

Baş hakim: Rauf Cabarov

Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Zöhrab Abbasov

Dördüncü hakim: Kamranbəy Rəhimov

VAR: Tural Qurbanov

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Sarı vərəqələr: Elvin Bədəlov, 88 (qeyri-idman hərəkəti); İsa Suliman, 90 (qeyri-idman hərəkəti) // Kevin Medina, 39 (qeyri-idman hərəkəti); Aleksey İsayev, 80 (qeyri-idman hərəkəti); Yassin Benzia, 90+5 (hakimin qərarına etiraz)

Qol: Roi Kehat, 70

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXXII turunda “Sumqayıt”la qarşılaşıb.

 

Turun ikinci günündəki matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub. Qarşılaşma “Qarabağ”ın üstünlüyü ilə keçib. Qurban Qurbanovun yetirmələri oyunboyu ardıcıl hücumlar təşkil ediblər.

 

Amma futbolçularımız bu həmlələri qolla tamamlamaqda çətinlik çəkiblər. Görüşün taleyi ikinci hissənin ortalarında həll olunub. Meydan sahiblərinin vurduğu top rəqibə qələbə qazandırıb. Buraxılan topdan sonra “Qarabağ” rəqib qapısına təzyiqi daha da artırsa da, hesabı dəyişə bilməyib.

 

Beləliklə, Sumqayıtda keçirilən oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər. Komandamız növbəti oyununu mayın 4-də “Neftçi”yə qarşı keçirəcək. Misli Premyer Liqasının XXXIII turunun görüşü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

 

“Sumqayıt”

36. Xəyal Fərzullayev

6. Vüqar Mustafayev (k)

14. Elvin Bədəlov

7. Rövlan Muradov

17. Murad Xaçayev

8. Səbuhi Abdullazadə

19. Roi Kehat

(23. Cordan Rezabala, 83)

12. Abu Dosso

4. İsa Suliman

9. Erik Sorqa

(11. Kasimir Ninqa, 65)

71. Masaki Murata

 

Ehtiyat oyunçular:

 

15. Orxan Sadıqlı

32. Murad Ağamalıyev

30. Kamran Quliyev

20. Ayxan Süleymanlı

21. Nihad Əhmədzadə

58. Oktavio Manteka

10. Kamran Aliev

60. Tresor Mossi

 

Məşqçi: Mübariz Orucov

 

“Qarabağ”

99. Andrey Lunyov

24. Aleksey İsayev

(8. Marko Yankoviç, 83)

13. Bəhlul Mustafazadə

44. Elvin Cəfərquliyev

27. Toral Bayramov

(2. Mateus Silva, 83)

10. Abdullah Zubir (k)

81. Kevin Medina

(55. Bədavi Hüseynov, 83)

7. Yassin Benzia

18. Olavio Juninyo

6. Julio Romao

15. Leandro Andrade

(90. Nəriman Axundzadə, 83)

 

Ehtiyat oyunçular:

 

23. Luka Quqeşaşvili

89. Amin Ramazanov

5. Maksim Medvedev

29. Marko Veşoviç

66. Patrik Andrade

17. Hamidu Keyta

11. Adama Diakabi

19. Redon Cica

 

Baş məşqçi: Qurban Qurbanov

Paylaş