“Sumqayıt”la 45-ci duel

single-news
7 Dek 2023

“Sumqayıt”la 45-ci duel



“Qarabağ” sabah növbəti oyununu keçirəcək. Komandamız Misli Premyer Liqasının XVI turunda “Sumqayıt”la görüşəcək. Qurban Qurbanovun yetirmələri turun ilk günündə baş tutacaq qarşılaşmaya Sumqayıtda çıxacaq.

 

Bu matç komandaların Premyer Liqada 45-ci dueli olacaq. I dövrədəki ev oyununda rəqibini 5:0 hesabı ilə məğlub edən “Qarabağ” əvvəlki görüşlərin ümumi balansında da böyük üstünlüyə malikdir.

 

İlk dəfə 2011/12 mövsümündə görüşdüyü rəqiblə 44 dəfə üz-üzə gələn komandamız 33 dəfə qalib gəlib. 5 heç-heçə edən Ağdam klubu 6 dueldən xalsız ayrılıb.

 

“Sumqayıt”la matçlarda 108 qol vuran futbolçularımız 21 qol buraxıblar. “Qarabağ” son 10 matçda meydanı qol vurmadan tərk etməyib.

 

Komandamız 22-ci dəfə bu rəqiblə səfərdə görüşəcək. “Sumqayıt”ın meydanında 13 qələbəsi olan “Qarabağ” 4 heç-heçə edib və 4 səfərdən xalsız ayrılıb.

 

Sumqayıtlıların meydanında 47 qola sevinən komandamız 9 top buraxıb. “Qarabağ” əvvəlki ev oyunlarının hamısında qol vurub. “Qarabağ” son dörd səfər qarşılaşmasında qalib gəlib.

 

Qeyd edək ki, dekabrın 8-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” - “Qarabağ” qarşılaşması saat 19:30-da başlayacaq.

 

11.09.2011. Sumqayıt Şəhər - Qarabağ - 0:0

05.11.2011. Qarabağ - Sumqayıt Şəhər - 1:2

19.08.2012. Sumqayıt - Qarabağ - 1:6

16.02.2013. Qarabağ - Sumqayıt - 3:0

11.08.2013. Qarabağ - Sumqayıt - 5:1

20.10.2013. Sumqayıt - Qarabağ - 0:3

23.03.2014. Qarabağ - Sumqayıt - 3:0

12.05.2014. Sumqayıt - Qarabağ - 1:0

10.08.2014. Sumqayıt - Qarabağ - +:-

21.12.2014. Qarabağ - Sumqayıt - 2:0

18.03.2015. Sumqayıt - Qarabağ - 1:2

16.05.2015. Qarabağ - Sumqayıt - 1:0

25.10.2015. Sumqayıt - Qarabağ - 1:0

16.12.2015. Qarabağ - Sumqayıt - 2:2

13.03.2016. Sumqayıt - Qarabağ - 0:2

07.05.2016. Qarabağ - Sumqayıt - 1:0

11.08.2016. Sumqayıt - Qarabağ - 0:2

15.10.2016. Qarabağ - Sumqayıt - 3:0

04.03.2017. Sumqayıt - Qarabağ - 0:4

23.04.2017. Qarabağ - Sumqayıt - 2:1

22.09.2017. Qarabağ - Sumqayıt - 4:1

17.11.2017. Qarabağ - Sumqayıt - 2:0

03.03.2018. Sumqayıt - Qarabağ - 1:1

22.04.2018. Sumqayıt - Qarabağ - 0:1

14.09.2018. Qarabağ - Sumqayıt - 1:0

03.11.2018. Qarabağ - Sumqayıt - 2:0

09.02.2019. Sumqayıt - Qarabağ - 0:2

01.04.2019. Sumqayıt - Qarabağ - 0:6

27.09.2019. Qarabağ - Sumqayıt - 2:0

22.11.2019. Sumqayıt - Qarabağ - 2:1

23.02.2020. Qarabağ - Sumqayıt - 1:0

25.09.2020. Sumqayıt - Qarabağ - 2:2

21.11.2020. Qarabağ - Sumqayıt - 6:1

19.02.2021. Sumqayıt - Qarabağ - 0:0

11.04.2021. Qarabağ - Sumqayıt - 4:1

20.09.2021. Qarabağ - Sumqayıt - 2:0

07.11.2021. Sumqayıt - Qarabağ - 0:4

10.04.2022. Sumqayıt - Qarabağ - 0:3

12.05.2022. Qarabağ - Sumqayıt - 5:0

13.08.2022. Sumqayıt - Qarabağ - 0:2

16.10.2022. Qarabağ - Sumqayıt - 3:1

15.03.2023. Sumqayıt - Qarabağ - 0:6

22.05.2023. Qarabağ - Sumqayıt - 1:2

29.09.2023. Qarabağ - Sumqayıt – 5:0

Paylaş