Superliqada superfinallar başladı
17 Apr 2012
Superliqada superfinallar başladı
Türkiyə Superliqasının final mərhələsində ilk turun oyunları keçirilib. İlk öncə son Türkiyə cempionu Fənərbaxça doğma azarkeşləri önündə Trabzonsporu qəbul edib. Qarşılaşmada Fənərbaxça 36-cı dəqiqədə Kristian və 61-ci dəqiqədə Sounun vurduğu 2 cavabsız qolla qələbə qazanaraq liderlə xal fərqini 2-yə endirib.
Amma bu cəmi 2 gün çəkib. Yağış səbəbindən dünənə təxirə salınan oyunda İstanbul derbisi baş tutub. `Beşiktaş` öz meydanında `Qalatasaray`ı qəbul edib. Bu qarşılaşmada Cim Bom da eynihesablı qələbə qazanıb. Melo və Aydının qolları fərqin yenidən 5-ə qalxmasına səbəb olub.