`Şuşa` ilə yoldaşlıq oyunu keçirildi

single-news
1 Sen 2012

`Şuşa` ilə yoldaşlıq oyunu keçirildi



`Qarabağ` Milli Komandanın Rəsmi oyunları səbəbindən yaranmış fasilədə də hazırlıqlarını davam etdirir. Hazırlıqlar çərçivəsində həmdə 2 oyun planlaşdırılan proqrama uyğun ilk görüş `Şuşa` komandası ilə keçirildi. T.İsmaylov adına Suraxanı qəsəbə stadionunda keçirilən oyunda Milli komandalara yollanmış futbolçuların olmamasına baxmayaraq `Qarabağ` aşağı liq təmsilçisini ilk hissədə vurduğu 3 biri-birindən gözəl qollarla məğlub etdi. Hesabı İlqar Qurbanov açdı. Riçard Almeidanın gözəl cərimə zərbəsi hesabı dəyişdi. Elnur Abdulov isə oyunda son nöqtəni qoydu. Komandamızın növbəti yoldaşlıq oyunu 8 sentyabr tarixinə planlaşdırılmışdır.

Paylaş

// pop up