`SV Wacker Burghausen`lə oyunun başlama saatı
30 İyn 2014
`SV Wacker Burghausen`lə oyunun başlama saatı
Xəbər verdiyimiz kimi `Qarabağ`ımız Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində 5 hazırlıq matçına çıxacaq. Artıq `Şaxtyor` və `Krasnodar`la qarşılaşan komandamız İyulun 1-də 3-cü oyununa çıxacaq. Sabah Almaniyanın regional liqa təmsilçilərindən olan `SV Wacker Burghausen`lə planlaşdırılan oyunun başlama saatı dəqiqləşib. Komandamızın məşq etdiyi meydançada baş tutacaq oyun yerli vaxtla 17:00-da (Azərbaycan saatıyla 20:00) start götürəcək.