TACİKİSTANLA OYUNUN BAŞ HAKİMİ BƏLLİ OLDU...

single-news
9 Yan 2008

TACİKİSTANLA OYUNUN BAŞ HAKİMİ BƏLLİ OLDU...



DÇ-2010-un seçmə mərhələsinə komandamızın daha yaxşı hazırlaşması üçün AFFA rəhbərliyi rəqib axtarışını davam etdirir. Buna qədər Litva və Andorra ilə razılıq əldə edən federasiya rəhbərliyi daha bir yoxlama görüşü keçirməklə əlaqədar razılığa gəlib. Belə ki, yığma komandamız fevralın 6-da Tacikistan millisi ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Indiyədək adı çəkilən rəqiblə iki dəfə qarşılaşan və hər iki matçda qələbə qazanan yığmamız ilk dəfə Tacikistanı Bakıda qəbul edəcək. Artıq bu qarşılaşmanı idarə edəcək baş hakimin də adı müəyyənləşib. Bu latviyalı Andrey Sipaylo olacaq. Köməkçi hakimlərin adı isə hələ bəlli deyil.

Paylaş

// pop up