TACİKLƏR BAKIYA GƏLMƏYƏCƏKLƏR...
10 Yan 2008
TACİKLƏR BAKIYA GƏLMƏYƏCƏKLƏR...
Yığmanın fevralın 6-na planlaşdırılan yoldaşlıq görüşü baş tutmayacaq. Tacikistan Futbol Federasiyası dünən AFFA-ya müraciət edərək oyunu təxirə salmağı xahiş edib. Taciklər məktubda yığmanın baza klubu sayılan “Reqar-TadAZ”ın yanvarın ikinci yarısında keçiriləcək “Birlik kuboku”nda iştirakını, daha sonra isə komandanın Türkiyəyə təlim-məşq tolanışına yollanacağını qeyd edib. Ən əsası millinin fevralda Asiya Kubokunda çıxış edəcəyini səbəb gətirən taciklər yoldaşlıq görüşünün başqa tarixdə keçirilməsini məqsədə uyğun sayıb. Qeyd edək ki, bu yığmamızın baş tutmayan ardıcıl ikinci yoldaşlıq görüşüdür. Tacikistandan öncə ötən ilin dekabrın 9-da Dohada Qətərlə oynanılması planlaşdırılmış matç ləğv olunmuşdur.