TAHER GÖZEL: "AVROPA "QARABAĞ" ADI İLƏ ÇALXALANACAQ..."

single-news
1 İyn 2006

TAHER GÖZEL: "AVROPA "QARABAĞ" ADI İLƏ ÇALXALANACAQ..."



Həmişə olduğu kimi, təqvimin bu günü də "Qarabağ" rəhbərliyi klub üzvləri ilə birlikdə idi. Hər dəfə fərqli məkanlarda görüşlər təşkil edən "Qarabağ" bu dəfə də ənənəsinə sadiq qaldı... "QARABAĞ" "ASİMAN"da . . . Çempionatın son turu da arxada qaldı və əksər klubların istirahətdə olduğu bir vaxtda, "Qarabağ" yenə də hazırlıqlarını davam etdirərək Azərbaycan Kubokunun final oyununa hazırlaşır. Belə anlarda həmişə komanda üzvləri ilə birgə olan klub rəhbərliyi bu dəfə futbolçularla "Asiman"da bir araya gəldi. Gecəni Klubun Vitse Prezidenti Taher Gözəl açıq elan edərək, gələn klub üzvləri və qonaqları salamladı: "Hamınızı bu günkü tədbirdə iştirak etdiyinizə görə öz dərin minnətdarlığımı bildirirəm. Mən çox şadam ki, bu gün bütün komanda üzvləri, eyni zamanda mediya nümayəndələri bir masa arxasındadırlar.Hamınız xoş gəldiniz..." Salamlamadan sonra, klub başçısı nitq söylədi. O ilk öncə, ötənləri xatırlayaraq ötən mövsümlə bu mövsümü müqayisə etdi: "Ötən il komandam çempionluq mücadiləsi aparırdı. Lakin klubdakı ab-hava çempionat sona yaxınlaşdıqca məni gün-gündən daha çox narahat etməyə başlayırdı. Komanda üzvləri arasında yaranan qruplaşmalar komanda daxilində daha çox müşahidə olunmağa başlayırdı. Bu məni ən çox incidən səbəblərdən biri idi. İnsan xarici təsirlərlə mübarizədə öz mübarizliyi istədiyi kimi ortaya qoya bilir. Amma daxildə baş verən hər hansı bir xəstəliyə qarşı mübarizə aparmaq çox fərqli bir şeydir. Bütün bunlar məhz bizim daxilimizdə baş verdiyindən məni futboldan küsdürdü. Hətta bu mövsümə başladıqda da mənim küskünlüyüm davam etməkdə idi ki, bu da komandamın çempionatda nə məqsədlə çıxış etdiyini də sual altına almışdı.Çox zəif heyətlə çempionata başladıq və ilk dövrədə də zəif nəticə göstərməyimiz tam qanunauyğun idi.Lakin bu komandanın adı "QARABAĞ"dır. Küskünlük təbii şeydir və gəldi-gedərdir. Lakin bu addan imtina etmək mümkünsüzdür. Hər bir insan kimi mənim üçün də "QARABAĞ" adı müqəddəsdir və bu adın ən yaxşı şəkildə yaşadılması üçün ikinci dövrədə klubda əsaslı dəyişikliklər etdik və nəticə qazandıq. Kubokda adlı-sanlı klubları arxada qoyaraq finala çıxdıq, çempionatı maksimum nəticə ilə beşinci yerdə tamamladıq.Şükürlər olsun ki, bütün çətinlikləri arxada qoymuşuq. Bəzi şeylər var ki, onları sirr saxlamaq lazımdır, amma mən mediya nümayəndələri də olduğundan yalnız bir şey deyəcəm ki, Avropa "Qarabağ" adı ilə çalxalanacaq. Gələn il güclü, adına layiq olacaq bir "QARABAĞ" çempionatımızda iştiraka başlayacaq..." Taher Gözəl qarşıdakı kubok oyununa da münasibətini bildirdi: "Altı il fasilədən sonra "Qarabağ" yenidən kubokun finalındadır. Mən əminliklə deyə bilərəm ki, milyonlarla insan "Qarabağ"ın Kuboku alıb, Abropada Azərbaycanı təmsil etməsini arzulayır. Mən futbolçularıma inanıram. İnanıram ki, pillə pillə qazandıqları bu uğurun son nöqtəsini qoya biləcəklər..." Sonra Komandanın Direktoru Işık Emrah Çelikel, Komandanın Baş Məşqçisi Böyükağa Ağayev çıxış etdilər. Böyükağa müəllim komandasının hazırkı durumu barədə məlumat verərək, rəhbərliyi əmin etdi ki, futbolçular son ana qədər meydanda vuruşcaqlar. Bu nəticə qazanmaq üçün əsas şərtdir." Emrah Çelikel isə, komandada yaranmış imandan bəhs etdi. Futbolçularla rəhbərlik arasında yaranmış inamın özünün ən yüksək həddə olduğunu vurğulayaraq, bu inamın meydana da sirayət etdiyini bildirdi. Gecədə mediya nümayəndələri də iştirak edirdilər. LiderTV idman departamentinin müdürü Vasif Ağamirli, yardımçısı Rövşən Binnətli, "Futbol+" qəzetinin Baş Redaktoru Mahir Rüstəmli, "Çempion" qəzetinin baş redaktoru Ürfan Məmmədli öz fikirlərini bölüşdülər.Hər bir çıxış edən "Qarabağ"a kubokda uğur diləyərək, Avropada Azərbaycanı uğurla təmsil etməyi arzuladılar. Hər bir mətbuat nümayəndəsi əmimi olaraq, "Qarabağ" Azərbaycan adının avropada təmsil olunmasını istədiklərini bildirdilər. Yazar Coşkun İsmayılov isə, ötən il Ağdam səfərini xatırlayaraq, oradakı qaçqın uşaqların hələ də gözləri önündən getmədiyi bildirdi. "Qarabağ"ın kuboku məhz o uşaqların xatirinə almağı arzuladı. Onlara bəxş ediləcək sevincin heç nə ölçelmədiyini bildirdi. Bu sözlərdən sonra, Vitse Prezident Taher Gözel Ağdamda o uşaqlar üçün Avropa standartlarına uyğun stadion tikdirəcəyinə söz verdi. Tədbirdə uşaq futbol komandamızda xatırlandı. "Qarabağ-2" komandasının Azərbaycan Çempionatında yalnız finalda məğlub olaraq, Azərbaycan ikincisi olması klub rəhbərliyi tərəfindən qiymətləndirildi. Tədbir musiqi proqramı ilə davam etdi.

Paylaş