TAHER GÖZEL: "BU OYUNDA "QARABAĞ" QALİB GƏLDİ, AZƏRBAYCAN FUTBOLU İSƏ İTİRDİ..."

single-news
15 Noy 2006

TAHER GÖZEL: "BU OYUNDA "QARABAĞ" QALİB GƏLDİ, AZƏRBAYCAN FUTBOLU İSƏ İTİRDİ..."



"Qarabağ" 1 - 1 "Karvan" Oyunun ilk hissəsi sakit məcrada başladı və hissənin nəticəsi də oyuna görə oldu - 0:0. İkinci hissədə Böyükağa Ağayevin əvəzləmələri oyunun axarını "Qarabağ"ın xeyrınə dəyişdi. Bunun nəticəsi olaraq Samir Musayevi əvəzləyən Müşviq Hüseynov 85-ci dəqiqədə hesabı açdı.Hər şey də bundan sonra başladı - Oyun boyu qonaqlara kömək etməyə çalışan hakim Babək Quliyev daha çox canfəşanlıq etməyə başladı. Oyunun əlavə olunmuş 4-cü dəqiqəsində isə bu canfəşanlıq özünün zirvə nöqtəsinə çatdı - çıxan topun yıxılaraq müşayət edən qapıçı Cahangir Həsənzadəyə rəqib hücumçu arxadan üstünə yıxıldı. Hakim isə heç kimin gözləmədiyi halda 11 metrlik cərimə zərbəsi təyin etdi. Bununla da o, nəinki oyunun taleyini istədiyi kimi həll etdi, bütün matça baxanların da təəcübünə səbəb olan qərarla gündəmə gəldi.... Bu epizodu oyunun Komissarı siyavuş İbrahimov - "həmin an az qala infarkt olacaqdım" kimi şərh etdi.... Oyun sonra komissarla videoyazıya dəfələrlə baxılması da cərimə meydançasında kobudluğun olmamasını sübut etdi. Hər zaman futbolçularla bir yerdə olan "Qarabağ" Vitse-Prezidenti Taher Gözəldə komandasının arxasında olduğunu bir daha sübut etdi. O, futbolçuların soyunub geyinmə otağına daxil olaraq hər birini gözəl oyun münasibətilə təbrik etdi: "Mən hər birinizlə qürur duyuram.Fəxr edirəm ki, belə bir komandamız var. Bu gün hakimin verdiyi o zərbə Azərbaycan futboluna vurulmuş zərbə idi. Bu oyunda "Qarabağ" qalib gəldi, Azərbaycan Futbolu isə çox şeylər itirdi..."

Paylaş