TAHER GÖZEL: “ HƏYATIN SİZƏ VEDİYİ HƏDİYYƏNİN QİYMƏTİNİ BİLİN”

single-news
20 Fev 2007

TAHER GÖZEL: “ HƏYATIN SİZƏ VEDİYİ HƏDİYYƏNİN QİYMƏTİNİ BİLİN”



Bu gün “Qarabağ” Futbol Klubunun Vitse-Prezidenti Taher Gözel komandanın yenicə məskunlaşdığı “Ruslan-93” təlim-məşq kompleksini ziyarət etdi. Qısa olaraq kompleksi gəzən Klub başçısı komanda üzvləri ilə toplantı keçirdi. İlk olaraq komandanın Baş Məşqçisi Rasim Kara Komandaya qoşulmuş yeni heyətlə Taher bəyi tanış etdi. Hər biri ilə səmili görüşdükdən sonra Taher bəy çıxışına başladı: -Uzun zamandır ölkə xaricində olduğumdan doğma klubumla görüşə bilmirdim. Bu gün imkan oldu ki, bunu da dəyərləndirməyə bilməzdim. Görürəm ki, əsasən gənclərdən təşkil olunmuş bir heyətimiz var. Özünüsübut etmiş bir proffesional heyətin rəhbərliyi altında bu gənclərin möhtəşəm gələcəyinə inamım böyükdür. Hər yeni gun daha çox şeylər öyrənməmiz üçün bizə vasitədir. Siz gənclər üçün isə Rasim Kara kimi bir məşqçinin rəhbərliyi altında futbol dərsi almaq ikiqat şərəfli olmalıdır. Onun hər bir sözünün sədası qulaqlarınızda hər zaman səslənməlidir. Hər dəqiqənizin dəyərini bilin. Özününzü zəif saymayın ki, 16-17 yaşımız var, hələ gəncik. İdmanla məşğul olan bir şəxs üçün yaşın fərqi olmamalıdır... Taher bəy nümunələrlə fikrini davam etdirdi: “Ölkə xaricində, Futbolu inkşaf etmiş ölkələrdə gördüklərim məni həqiqətən də o texnika, texnologiyanın Azərbaycanımıza gətirmək istəyi yaradır. Orada yağışın, qarın yağmasına baxmayaraq, çox gənc uşaqların necə həvəslə səhərdən gecəyə qədər futbol oynamalarının şahidi oluram. Buradan Azərbaycan futbolu ilə Avropa futbolunun fərqini özümdə analiz edirəm – 1. Texniki - elmi fərq böyükdür. Bura həm də texnologiyanı daxil eləyə bilərik. 2. Həyatın hər saniyəsinin qiymətini bilirlər. Bunlara biz də bacardığımız qədər əməl eləməliyik. Komandanın Türkiyədə olduğu vaxt Sizi Laktat və digər həkim nəzarətindən keçirdik. Bunlara görə hər bir futbolçunun verim əmsalı çıxarıldı ki, məşqçilər ona görə işlərini nizamlayırlar. Bu texnologiyanın bir hissəsidir və ölkəmizə təzə gətiririk. Avropada isə bütün işlər texnologiya ilə təmzilənir. Bundan da əsas idmançının təkcə güclü olması deyil, həm də şəxsiyyət olmasıdır. Şəxsiyyətli insanla bir yerdə işləməkdən, onun yanında olmaqdan uca bir şey yoxdur. İdmançı olmaq olar, amma həm də şəxsiyyət olmaq çox çətin işdir. Sizin hər biriniz üçün Rasim hocanın rəhbərliyi altında futbol oynamaq həyatın sizə bəxş etdiyi böyük hədiyyədir. Onun proffesional olduğuna heç kim şübhə edə bilməz. Amma həm də böyük şəxsiyyətdir. Siz təcrübəli futbolçularla bir yerdə oynayırsınız. Aslan, Cahangir, Hakan, Kənan kimi futbolçuların sizin həyatınızda özləri bir təcrübə məktəbi rolu oynamalıdır.Ona görə də bir də deyirəm ki, saniyənizin dəyərini bilin. İnanıram ki, ən yaxın gələcəkdə sizlərin içindən Avropa meydanlarından sədası gələn futbolçular yetişəcəkdir!” Bundan sonra da Klub Başçısı komanda üzvləri ilə səmimi söhbətşərək, toplantını sona yetirdi....

Paylaş

// pop up