TAHER GÖZEL: “QARABAĞ”IN UĞUR YOLUNA BAŞ QOYMAĞA HAZIRIQ”

single-news
19 Sen 2007

TAHER GÖZEL: “QARABAĞ”IN UĞUR YOLUNA BAŞ QOYMAĞA HAZIRIQ”



“Qarabağ” Futbol Klubu ənənəsinə sadiq olaraq bu dəfə də Kütləvi İnformasiya Vasitələrini (KİV) bir araya toplayaraq klubun bu günü və sabahı haqqında mətbuat konfransı keçirdi. Media mənsublarına verilən qiymətin əyanı nümunəsi olaraq tədbirə

qatılan klubumuzun vitse-prezidenti Taher Gözel ilk olaraq sözə başlayarkən bu günlərdə Bakıda keçirilən Güləş üzrə dünya çempionatında həmvətənlərimizin çıxışına görə hər kəsi təbrik etdi.” Öncə, ölkəmizin dünya çempionatında qızıl medal alması münasibətilə hər kəsə gözaydınlığı verir, uğurların ardının gəlməsini arzu edirəm. Sizləri bura dəvət etməyimin əsas səbəbi “Qarabağ”ın yürütdüyü siyasətin təəssüratları ilə sizi tanış etməkdir. Məlum olduğu kimi, Rasim Karanı kluba dəvət edəndə müəyyən strategiya formalaşdırdıq. Biz klub olaraq hər zaman əsas məqsədimiz Azərbaycan futboluna yeni ruh, nəfəs gətirmək olub. Bu məqsədlə, Karanın dəvət edərkən, onun təcrübəsinə inanıb gəncləşdirməyə, bununlada sabahımızın əmin əllərdə olmasına çalışdıq. Lakin, eyni zamanda çempionatda da oyunlara uduzmaq üçün çıxmamalıyıq. Bu “Qarabağ”ın ad-sanına uyğun gəlmir. Amma, təəssüflər olsun ki, gözləmədiyimiz halda ilk 4 turda məğlubiyyətlə üzləşdik. Amma futbolda belə şeylər də baş verir. Lakin tezliklə, bütün bunların arxada qalacağına əminəm.”

Sonra Taher bəy jurnalistlərə “Qarabağ”ın baza və digər problemləri haqqında danışdı:” Qarabağ” çox şanslı klubdur. Çünki, onun Abdulbari Gözel kimi prezidenti, Rasim Kara kimi baş məşqçisi var. Demək nailliyyətlər də özünü çox gözlətməyəcək. Bilidiyim qədər hal-hazırda “Qarabağ” millilərə ən çox futbolçu veərn klubdur.18-20 futbolçunun milli formanı geyməsi böyük uğur və fərəhdir. Bu göstərir ki, biz doğru yoldayıq. Bizim hələ zamana ehtiyacımız var. Klubumuzu əsl peşəkar maşına çevirəcəyik. Bunun reallaşması üçün lazım olsa futbolçuların yeməklərinə belə qarışacağıq. Yeni nizam-intizam kodeksi ilə əsl peşəkar klub formalaşdıracağıq.

Taher bəy eyni zamanda Ağdamda  tikilən stadion haqqında fikirlərini paylaşdı: ” Məlum olduğu kimi, Ağdamda balaca bir stadion tikdiririk. Baş məşqçimizə söyləmişik ki, hər dəfə Ağdama səfər edəndə komandamıza uğur gətirir. İnşallah, tezliklə, Ağdama səfər edib sizlərlə birlikdə stadionun açılışını edərik. “Karvan”la oyundan öncə (2005-2006 mövsümün kubokun finalı) klubun keçmiş əməkdaşı rəhmətlik Ramiz müəllimin futbolçuları necə ruhlandırdığını düşünəndə stadiona məhz onun adını verməyi istəyirik. Futbolçular da orada yaşayan insanlarla üz-üə gəldikləri zaman məsuliyyət hisslərini daha artırarlar. Eyni zamanda da Bakıda da böyük işlər görəcəyik. Artıq demək olar ki, baza problemi həllini tapıb. Binə qəsəbəsindəki analoqu olmayan bazamızın tikintisi üçün bir neçə müvafiq orqanın imzası qalıb. İnşallah, tezliklə, təməlatma prosesini birlikdə edəcəyik. Biz “Qarabağ”ın gələcəyi uğrunda gecə gündüz çalışırıq. Və “Qarabağ”ın uğur yoluna başımızı qoymağa belə hazırıq”.

 Vacib görüşü olduğu üçün toplantını tərk edən Taher Gözeldən sonra baş məşqçi Rasim Kara nitqə başladı. Öncə mətbuatla münasibətlərə toxunan və “Qarabağ”ın daim KİV-ə həssaslıqla yanaşdığını bildirən təcrübəli mütəxəssis klubdakı nizam-intizam məsələlərinə toxundu. “ İlk 4 oyunda məğlub olmağa özümüzdə inanmazdıq. Çox çətin vəziyyətə düşmüşdük. Bu sindromun nə zaman bitəcəyini düşünürdük. Azarkeşlərimizə də bizi başa düşdükləri və dəstəklədiyinə görə minnətdarlığımı bildirirəm.Uğursuzluqlarımızın səbəbini araşdırdıq. İlk olaraq klubda konkret olaraq nizam-intizam kodeksi müəyyənlədirdik. Bu kodeksə görə futbolçular stadionda, restoranda, toplantıda necə hərəkət etməli olduğunu bilməlidir. Azərbaycanda futbol günü-gündən inkişaf edir. Biz də bu inkişafla uzlaşmalıyıq. Bir futbolçu  peşəkarcasına  necə davranmalı olduğunu öyrənməlidir. Yaratdığımız kodeks 3 dildə tərcümə olunub. Ümidvaraq ki, tezliklə komandamızı əsl peşəkar kluba çevirəcəyik.”

Rasim bəy komadanın ən yaxın dövrdəki, matçlarına da toxundu. ” Əlbəttə, 4 matçlıq məğlubiyyətə etinasız qala bilməzdik. Klub müəyyən miqdarda futbolçuları cərimələyib. Əgər növbəti 2 matçda maksimum xal qazanmasaq, bu cəza tədbiq olunacaq. Lakin mən hər şeyə rağmən futbolçularımın hər birinə inanıram. Mən Türkiyədə Sərgən, Oqtay kimi çətin xarakterli futbolçularala işləmişəm. Ona görə də çətinlik məni qorxutmur. Gördüyüm işdən zövq alıram. Mənim hər zaman bir prinsipim var. Sabah öləcəkmiş kimi ibadət etmək, heç ölməcəyək kimi çalışmaq. Və sizi əmin edirəm ki, bu “Qarabağ”ı zirvələrə daşıyacağıq.”

 Sonra klubun Direktoru Əmrah Çelikel media nümayəndələrinin Ramazan ayını təbrik etməklə sözə başladı.” Öncə hər kəsin mübarək Ramazan ayını təbrik edirəm. Mən daha çoz baza məsələsinə toxunmaq istəyirəm. Söz verdiyimiz kimi, tezliklə bazanın tikintisinə başlayacağıq. Bu 1-2 ayın içində baş verə bilər. Eyni zamanda diqqətinizə çatdırmaq istəyirəm ki, Tahir Süleymanovun artıq klubda işləyəcəyi dəqiqləşib. Bundan sonra Tahir bəy texniki və inzibati məsələlərdə bizə köməklik edəcək.”

Sonda tədbir iştirakçıları media nümayəndələrinin müxtəlif səpgili suallarını cavablandırdılar.     

 

Paylaş

// pop up