Tahir bəy komandanı ziyarət etdi, derbidə qələbə üçün...
Tahir bəy komandanı ziyarət etdi, derbidə qələbə üçün...
Daim yaxşı və ağır gündə `Qarabağ`a dəstək olan komandamızın vitse-prezidenti Tahir Gözəl bu dəfə də ənənəsinə sadiq qalıb. Sabah baş tutacaq `Bakı` ilə prinsipal derbi öncəsi Tahir bəy komandanı ziyarət edib. Komandanın hər bir üzvü ilə səmimi görüşən sözə avroliqaya toxunaraq başlayıb. Tahir bəy futbolçulara yayda Azərbaycanda inanılmaz işlər gördüklərini söyləyərək onların artıq tarixə adlarını yazdıqlarını bildirdi. Eyni zamanda komandasının çempionata uğurlu başlamamasına baxmayaraq, cari birincilikdə komandanın uğur qazanacağına inandığını bildirdi. Əfran, Maksim və Samirin itkisinə baxmayaraq `Bakı` liə oyunda komandadan qələbə gözlədiyini bildirdi. Başqa sözlə sabahkı oyundan sonra `Qarabağ`ı turnir cədvəlinin üçüncü pilləsində görəcəyinə inandığını ifadə etdi.
Futabolçulardan Aslan Kərimov danışdı. Aslan Tahir bəyə etimadına görə təşəkkür edərək `Bakı` ilə oyuna 3 xal üçün çıxacaqlarını bildirdi. Aslan eyni zamanda Çempionata yaxşı başlamasalarda artıq çıxışda olduqlarını və getdikcə daha yaxşı oyun sərgiləyəcəklərini vurğuladı. Sonda isə baş məşqçimiz Qurban Qurbanov danışdı. Qurban bəy mövsümə çox erkən başladıqlarını, zədəlilər və milli oyunlarla əlaqədar olaraq tam optimal forma yığa bilmədiklərini lakin adı çəkilən problemlərin arxada qaldığını, zamanla daha yaxşı çıxış edəcəklərini vurğuladı.
Sonda Tahir bəy sabahkı oyundan qələbə sözü alaraq, komanda ilə sağollaşdı.