Tahir Gözel: 5 il sonra...

single-news
7 Avq 2010

Tahir Gözel: 5 il sonra...



`Qarabağ` Futbol Klubu daxilində növbəti toplantı keçirilib. `Qarabağ`ımızın geridə qalan mövsümdə özəlliklə, aşağı yaş qruplarında qazanılan nəticələr bütün kollekktivin bir araya yığışmasına səbəb olmuşdu.  `Qarabağ`ımızın əsas komandası Azərbaycan tarixində daha bir ilkə imza ataraq məğlubiyyətsiz olaraq 3 mərhələ adlayaraq Avropa Liqasında pley-offa yüksəlib. Aşağı yaş qruplarında isə əvəzedicilərimiz və 15 yaşlılarımız ölkə çempionluğunu qazanıb. Belə uğurlar fonunda `Qarabağ`ımız növbəti ailə daxili görüşü reallaşıb.
Tədbiri klubumuzun vitse-prezidenti Tahir Gözel açdı. Başqanımız nitqində `Qarabağ`ın uğurlarının sistemli olduğunu, hələ 2004-cü ildə aşağı yaş qruplarına Türkiyənin əfsanəvi məşqçisi Hemdi Serpil Tüzünü dəvət edərkən o gün seçim əsasında seçilən Maksim Medvedevin, Rauf Əliyevin,  Əfran İsmayılovun bu gün Azərbaycanın sayılan ulduzları səviyyəsinə gəlməsinə səbəb olub. Yenidən qrulan altyapının son ildə əldə etdiyi nəticələr `Qarabağ`ın düzgün yolda olduğunun bariz göstəricisi olduğu vurğulandı.  Tahir bəy aşağı yaş qruplarının koordinatoru Hemdi bəyə saat hədiyyə etdi. Hemdi bəy də öz növbəsində nitqində Qurban Qurbanovun başçılığı etdiyi komandanın Azərbaycanın futbolunda br inqilab etdiyini bunun da nəticələrini tezliklə şahidi olacağımızı vurğuladı. Aşağı yaş qruplarının sabit inkişafı, futbolda sabitliyin vacibliyini vurğulandı. Başqanım Tahir bəy nitqində artıq `Qarabağ`ın hədəflərinin böyüdüyünü, pley-offa `Borussiya`nın Azərbaycana gəlməsinin böyük uğur olduğunu, amma getdikcə daha yuxarılara iddia edəcəklərini bildirdi. Tahir bəy bunu üçün hətta aşağı yaş qrupun hocalarından tarix də aldı. Tahir bəy 5 il sonra `Qarabağ`ın artıq final mərhələsində oynamasının gərəkdiyini, bunun üçün isə aşağı yaş qruplarından yeni istedadların üzə çıxarılıb komandaya qazandırılmasının vacib olduğunu vurğuladı.
Eyni zamanda görüşdə media mənsubları ilə səmimi söhbət də oldu. Media mənsubları da son uğurlar barəsində öz fikirlərini bildirdilər. Bu səmimi görüş beləcə başa çatdı.

 

Paylaş

// pop up