Tahir Gözəl: "AFFA-nın prezidenti ilə şifahi razılaşmamız olub"(fanat.az)

single-news
16 Fev 2011

Tahir Gözəl: "AFFA-nın prezidenti ilə şifahi razılaşmamız olub"(fanat.az)



Fanat: "Azərbaycan futbolu inkişaf edir. "Qarabağ" klubu da bu inkişafda öz sözünü deməlidi. Klubumuzun iddialı çıxışı onlara ilham qaynağı olacağını düşünürəm. Biz daha güclü "Qarabağ" görmək istəyirik. Avroliqadakı uğurlarımız daha da yüksəltmək istəyirik. İddamız böyükdü". Fanat.az xəbər verir ki, bu sözləri bu gün mətbuat konfransı keçirən "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.
"Dünən gənc futbolçularla görüşdüm. Biz uğurlu, qeyrətli, qoçaq futbol oynayan komanda görmək, Avropa kuboklarındakı uğuru davam etdirmək istəyirik. İddiamız böyükdü. Transferlərimizlə, kollektiv daxilindəki sabitliklə "Qarabağ"ın uğurlar qazanacağına inanırıq”, deyə Gözəl əlavə edib.
Klub rəhbəri Suraxanı stadionunun "Qarabağ" veriləcəyini bildirib: "Etdiyimiz transferlərlə, idarə heyətimizlə, məşqçiləmizlə "Qarabağ"ın daha böyük uğurlar qazanacağına inanıram. Biz hələ istədiyimiz infrastruktur və baza yarada bilməmişik. AFFA-nın prezidenti ilə şifahi razılaşmamız olub. Qısa zamanda Suraxanı stadionunun "Qarabağ"a verilməsinin razılığını almışıq".
Gözəl yenidən Quzanlıda oynamaq istədiklərini bildirib: "Biz ən azı 2 matçın Quzanlıda keçirilməsini istədik. PFL prezidentinin bəyanatından xəbərdaram. O, klublarla razılıq əldə edəcəyimiz təqdirdə buna razılıq veriləcəyini deyir. Biz də digər klublardan bununla bağlı xahiş edəcəyik. Məncə, onlar bizim müraciətimizə anlayış göstərməlidi. Xahiş edəcəyik ki, gəlib orada oynasınlar. AFFA ilə razılıq əldə etməyə çalışacağıq ki, gələn mövsümdən oyunlarımızın bir hissəsini Quzanlıda, digərlərini isə Bakıda keçirə bilək".
Tahir bəy "Qarabağ"ın Ağdam Rayon İcra Hakimiyyətinin başçısıyla aralarında yaranmış problemə görə Quzanlıda oynamaq imtina etməsilə bağlı sualı da cavablandırıb: "Bizim ora getməməyimiz texniki şərtlərlə bağlıdı. Heç kimlə şəxsi problemimiz yoxdu, ola da bilməz

Paylaş

// pop up