Tahir Gözel:` Belə kluba sahib olduğuma görə qürur duyuram!`. fotolar

single-news
17 May 2010

Tahir Gözel:` Belə kluba sahib olduğuma görə qürur duyuram!`. fotolar



`Qarabağ`ımız 2009-2010 mövsümünü başa vurdu. Arxada buraxdığımız futbol ilinə İyulun 16-sında başlayan  komandamız mövsümü bürünc medallarla bitirdi. Bu məqsədlə `Neftçi` ilə oyunun sabahı komandamızda mövsümə vida mərasimi keçirilib. `Qarabağ`ımızın başqanı Tahir Gözel, `Azersun` Holdinq Şirkətlər qrupunun baş direktoru Fevzihan Aras, klubumuzun direktoru Emrah Çelikel, baş məşqçi Qurban Qurbanov və məşqçilər heyəti, futbolçular, idari, texniki və inzibati heyətinin iştirakıyla keçirilən tədbir xoş ovqatda keçib. İlk olaraq baş məşqçimiz danışıb. Qurban müəllim ötən mövsümü dəyərləndirərək arxada buraxdığımız futbol ilini analiz edib. Klub rəhbərliyinin daim komandanın yanında olmasını mühim amil kimi dəyərləndirən gənc mütəxəssis rəhbərliyə bu səbəbdən təşəkkür etdi və gələn mövsümdə hədəflərinin daha da böyüyəcəyini bildirdi.

Ardınca danışan Fevzihan bəy bu il `Qarabağ`ın onlar üçün əsl həyəcan yaşatdığını, komandanın sonacan çempionluq uğrunda mübarizə aparmasının artıq camiə olaraq çempionluğa inam gətirdiyi və gələcək illərdə qazanılan pratikanın faydalı olacağını bildirib. Sonra isə Tahir bəy danışıb. Tahir bəyin vurğuladığı ilk söz bu olub:`Belə kluba sahib olduğuma görə qürur duyuram!` Başqan komandanın uğurlarında özəl ruha malik olmasından danışıb, `Qarabağ`ın uğurlarında sürücüdən tutumuş ən siravi işçinin də əməyini qeyd etdi. Tahir bəy arxada qalan ili dəyərləndirərkən özəlliklə, `Xəzər-Lənkəran`la kubok oyununun onun xatirəsində unudulmaz iz buraxdığını söylədi. Tahir bəy Raufun ayağının az qala qırılmasına baxmayaraq meydanda qalması, 9 nəfərlə qalmasına baxmayaraq komandanın sonadək döyüşməsinə mütəəsirləndiyini  bildirib. Çempionluqdan daha vacib olan şeyin insanlıq olduğunu vurğulayan başqan bu baxımdan `Qarabağ`ın daim qazanclı olduğunu vurğulayıb.

Ardınca futbolçuların adından komandamız əfsanəvi kapitanı Aslan Kərimov danışıb. Rəhbərliyə daim verdiyi dəstəyə görə təşəkkür edən Aslan eyni zamanda Tahir bəyə komanda adından özəl olaraq hazırlanmış şarj təqdim etdi.

Bu mərasimdə sonuncu maraqlı olay olmadı. Yenidən söz alan Qurban  müəllim futbolçular tərəfindən bir neçə gün sonra ad gününü qeyd edəcək klumuzun direktoru Işık Emrah Çelikelə alınmış hədiyyəni təqdim edib. Hadisədən xəbərsiz olan Emrah bəy hər kəsə diqqətinə görə təşəkkür etdi.

Beləcə, bu xoş gün başa çatdı. İstirahətə buraxılan komanda İyunun 5-ində yenidən yığışaraq yeni mövsümün hazırlığına başlayacaq.  

Tədbirdən maraqlı ŞƏKİLLƏR...

Paylaş

// pop up