Tahir Gözəl: "Bu cütün taleyi Finlandiyada həll olunmalıdır"

single-news
4 Avq 2009

Tahir Gözəl: "Bu cütün taleyi Finlandiyada həll olunmalıdır"



Dünən "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl Helsinkiyə gələrək klubun düşərgəsinə qoşulub. Qol.Az-ın məlumatına görə, Ağdam klubunun məskunlaşdığı oteldə futbolçular və məşqçilərlə toplantı keçirən Tahir Gozəl onlardan bugünkü oyuna məsuliyyətlə və ciddi yanaşmağı xahiş edib. "Bizdə ruh, inam var. Siz sabah (bu gun - red.) meydana çıxıb, əzmkarlığınızı göstərin. Demirəm ki, qələbə qazanın, qələbəni bəxş edən Allahdır. Siz öz oyununuzu oynayın, onda istəyimizə nail olacağıq. Siz bu cütün taleyini burada, FInlandiyada həll etməlisiniz. "Biz "Rusenborq" uzərindəki qələbənin təsadufi olmadığını sübut etməliyik. Bunun uçun "Qarabağ" daha iki mərhələ adlamalıdır”.

Daha sonra çıxış edən komandanın baş məşqçisi Qurban Qurbanov və futbolçular bugünkü qarşılaşmada bacardıqları oyunu ortaya qoyacaqlarını vəd ediblər.

Paylaş

// pop up