TAHIR GÖZEL ÇEMPİONLUQ HƏDƏFİ QOYDU

single-news
25 İyn 2008

TAHIR GÖZEL ÇEMPİONLUQ HƏDƏFİ QOYDU



“Qarabağ” Futbol Klubunun rəhbərliyi hər zaman komandaya yaxınlığı və mehribanlığı ilə seçilib. Mütəmadi olaraq komandayla görüşlər keçirən, onların problemləri ilə maraqlanan rəhbərlik ənənəsinə bu dəfə də sadiq qalıb. “Qarabağ” Futbol Klubunun vitse-prezidenti Tahir Gözel bu gün yenə komandayla görüşüb. Futbolçularla səmimi görüşən Tahir bəy dəyirmi masa arxasında bir saat kollektivlə görüş keçirib. Klub başçısı futbolçulara yeni mövsümdə uğurlar arzulayaraq komandanın görmək istədiyi hədəflər barəsində danışıb. Tahir bəyin fikrincə, bir işdə uğur qazanmaq üçün ilk növbədə bir bütün olmağı bacarmaq lazımdır:” Hər kəs, fərqli ailəni, dili, mədəniyyəti özüylə daşıyır. Bir işdə müvəfəqiyyət qazana bilərsən. Lakin, elə bir vaxt gələ bilər ki, səni bürüyən yalnızlıq bütün görünən başarıları anlamsız edə bilər. Birlikdə olmağı bacarmaq hər şey daha çətin eyni zamanda məsuliyyətli olmağı tələb edir. Birlikdə uğur qazanmaq üçün artıq vaxt yetişib.”

Tahir bəy, sözlərinə belə davam etdi:” Mənim komandam çox təmiz və şəffafdır. “Azersun Holdinq”in təmizlik strategiyası “Qarabağ” Futbol Klubuyla inanılmaz dərəcədə uyuşur. Mənim futbolçularım ən yaxşısına layiqdir. Futbolçularımla fəxr etdiyimi söyləməkdən çəkinmirəm.”

Tahir bəy nitqinin davamında “Qarabağ”ın gələn mövsümdə qarşıya qoyduğu hədəflərdən danışdı:” “Qarabağ” adı bizim üçün müqəddəsdir. Onun adını uca tutmaq üçün hər şeyi etməliyik. Artıq, dünyaca ünlü Şakirinin transfer etmişik. İnşallah, planlarımızda daha bir neçə səviyyəli legioneri sıramıza qatmaq var. Və bunu gerçəkləşdirdikdən sonra sizdən tək bir istəyim var. Çempionluq! Mən sizə güvənirəm. Və inanıram ki, gələn mövsümün sonunda “Qarabağ” Azərbaycan çempionu olacaq. Və sizdən bu çempionluğu gözlədiyimi gizlətmirəm”

Paylaş

// pop up