Tahir Gözəl: "Klubdan ayrılanlar qarabağlı olduğunu göstərirlər"

single-news
22 İyl 2020

Tahir Gözəl: "Klubdan ayrılanlar qarabağlı olduğunu göstərirlər"



İyulun 12-dən Ermənistanın Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatları başlamışdır. Bu təxribata "Qarabağ"ımızın sabiq legionerləri biganə qalmayıb və öz sosial şəbəkələrində hər zaman Azərbaycanın yanında olduqlarını vurğulayıb. Klubumuzun başqanı Tahir Gözəl həmin legionerlərə öz təşəkkürünü bildirib:

"Qarabağ" Futbol Klubu olaraq əsas məqsədimiz Qarabağ həqiqətlərini tanıtmaqdır. İlk məqsədimiz də bu ideologiyanı futbolçulara aşılamaqdır. Sevindirici haldır ki, klubumuzdan ayrılan legionerlər Qarabağ həqiqətlərini təbliğ edir və qarabağlı olduğunu göstərirlər. Hər birinə təşəkkür edirəm ki, bir dünya vətəndaşı kimi bu təxribatlara laqeyd yanaşmırlar".

Paylaş