Tahir Gözəl: Kubokun finalında Neftçiyə azarkeşlik edəcəyəm

single-news
25 Apr 2013

Tahir Gözəl: Kubokun finalında Neftçiyə azarkeşlik edəcəyəm



“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəlin azerisport.az saytına müsahibəsi

- “Neftçi” ilə kubokun cavab oyunu haqda nə deyə bilərsiz?
- Mən komandama təşəkkürümü bildirirəm. Bütün futbolçular ürəkdən oynadılar, xarakter göstərdilər. Onlar 90 dəqiqə ərzində əllərindən gələni hər şeyi etdilər. Komandamın oyunundan razı qaldım. Finala çıxmaq üçün onlara azacıq nəsə çatışmadı. Bəzi epizodlarda isə müəyyən səhvlərə yol verdik və bu, bizi finaldan kənarda qoydu. İstənilən halda komandaya, məşqçilər korpusuna minnətdaram.
 
- Sizcə, “Qarabağ”a uğur qazanmaq üçün nə çatışmadı?
- Bu gün müdafiə xəttimizdə problemlər var idi. Admir Telinin yoxluğu hiss olunurdu. Məhz bu üzdən iki qol buraxdıq. “Neftçi”nin futbolçuları cərimə meydançamıza rahatlıqla yanaşırdılar. Məncə, əsas problem də məhz idi. Həm də bəzi oyunçularımız hələ ideal formalarından çox uzaqdı.
 
- Vaqif Cavadov da onların arasındadı?
- Bəli. Vaqif də hələ optimal forma yığa bilməyib. Amma oyunçularımı günahlandırmaq fikrim yoxdu. Onlar layiqli çıxış etdilər. Finala isə “Neftçi” daha layiq oldu. Onlar yaxşı oynadılar.
 
- Finalda hansı komandaya azarkeşlik edəcəksiz?
- “Neftçi”yə. Onlar belə oyunla finalda da qalib gəlməlidilər.

- “Qarabağ”ın çempionatdakı şansları barədə nə deyə bilərsiz?
- Gözəl şansımız var. İnanıram ki, sonda qızıl medalları məhz biz qazanacağıq. “Neftçi” ilə xal fərqimiz elə də böyük deyil. Əsas odu ki, bu tempdə davam edək. Bu şansı əldən verməməliyik.

- Siz “Qarabağ”ın “Neftçi” və “İnter”i qabaqlayacağına inanırsız?
- Komandamız həmişə xarakter göstərib. Hazırda “Qarabağ” çox yaxşı oyun sərgiləyir. Sadəcə, nəticə qazanmaq qalır. “Neftçi” hələ xal itirəcək. Həm də onlarla öz oyunumuz da var.

- Sizcə, “Qarabağ” avrokuboklarda bu heyətlə uğur qazana bilər?
- Biz bunu mövsüm başa çatandan sonra aydınlaşdıracağıq. Komandada nəyi dəyişmək lazım olduğuna da həmin vaxt qərar verəcəyik. Heyətlə bağlı hər şeyə Qurban Qurbanov qərar verir.

Mənbə: azerisport.com

Paylaş

// pop up