Tahir Gözəl: "Qarabağ" 700 min vətənsiz qalmış insanların dünyada səsinin eşidilməsinə çalışan bir klubdur" VİDEO

single-news
5 Apr 2018

Tahir Gözəl: "Qarabağ" 700 min vətənsiz qalmış insanların dünyada səsinin eşidilməsinə çalışan bir klubdur" VİDEO



"Qarabağ"ımız bu gün "Milliyet" qəzeti tərəfindən "Jüri" xüsusi mükafatı ilə təltif edilib.

Klubumuzun vitse-prezidenti Tahir Gözəl mükafatlandırma mərasimindən sonra fikirlərini bildirib:

"Qarabağ" Azərbaycanda vətənsiz qalmış qaçqınlarımızın səsini, nidasını, Azərbaycan xalqının, türk dünyasının iradəsini dünyaya çatdırmış klubdu. Mən "Milliyet" qəzetinə, mənim böyük qardaşım Tayfun Bayandıra təşəkkür etmək istəyirəm. Bu mükafatı Türkiyədə almaq bizim üçün mənəvi dəstəkdi. Allah Türkiyəni qorusun, ürəyimiz hər zaman bir olsun".

Tahir Gözəl çıxışını Nəsiminin qəzəliylə yekunlaşdırıb:

"Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam"

 

Paylaş

// pop up