Tahir Gözəl `Qarabağ` forması aldı. Fotolar
1 May 2013
Tahir Gözəl `Qarabağ` forması aldı. Fotolar
Xəbər verdiyimiz kimi, `Qarabağ`ımızın yeni formaları Bakı şəhərində yerləşən `Bazarstore` supermarketlər şəbəkəsində satışa çıxıb. Türkiyədə istehsal olunmuş geyim dəstləri fərqli rəngləriylə `Bazarstore`larda nümayiş olunur. `Qarabağ`ımızın vitse-prezidenti Tahir Gözəl, klubumuzun direktoru Emrah Çelikel, `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanovla Gənclikdəki `Bazarstore`a baş çəkiblər. `Qarabağ`ımızın aksesuarları ilə tanış olan başqanımız alış-veriş etməyi də unutmayıb. Qurban müəllimlə birlikdə şərf alan Tahir bəy eyni zamanda övladı üçün `Qarabağ`ın formasını da hədiyyə alıb.




