Tahir Gözəl: "Qarabağ naminə olan məsuliyyətimizi idrak edirik"

single-news
26 Fev 2020

Tahir Gözəl: "Qarabağ naminə olan məsuliyyətimizi idrak edirik"



Bu gün klubumuzun bazasında Xocalı faciəsinin iyirmi səkkizinci il dönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə klubumuzun vitse-prezidenti Tahir Gözəl futbolçulara faciə haqqda ətraflı məlumat verib:

 "Qarabağ barəsində fikir ifadə etmək həmişə çətindir. Bu ad hər zaman tarixin müəyyən dönəmlərində  çətin, acılı məqamlarla üzləşib. Bu gün həmin ağır günlərdən biridi. Yaddaşımızı hər zaman yeniləməyə ehtiyac var. Düz 28 il bundan qabaq bəşər tarixinin ən önəmli faciələrindən biri yaşanıb. Xocalıda, öz evlərində yaşayan 613 məsum, tamamilə günahsız  insan qətlə yetirilib. Nə qədər uşaq valideynsiz qalıb. Cavan-qoca, uşaq-qadın  fərqi qoymadan vəhşicəshinə qətliam törədilib. Bugün o şəhidləri ehtiramla yad edirik. Ailələrinin, xalqın acılarını paylaşıyırıq. Təsəvvür edin, 100 ailə təmamilə məhv olub. Bu səbəbdən "Qarabağ" Futbol Klubu fərqli missiya daşıyır. "Qarabağ" Futbol Klubun məqsədi bütün dünyaya Xocalı faciəsini, qətliamını, Qarabağın – torpaqlarımızın işğalını bütün dünyaya çatdırmaqda vasitəçilik etməkdi. Tam səmimi deyirəm, əsas məqsədimiz budu. Bizim məqsədimiz klubun adına xidmət etməkdi. Necə? Klub adına başarılı futbol oynamaq, uğurlar qazanmaq və təbii ki, klubunun özəl mənəviyyatını sərgiləməklə. "Qarabağ" FK üçün mənəviyyat hər şeydən daha önəmlidi. Mən "Qarabağ"la, bu adı daşımağımızla fəxr edirəm. Və mən düşünürəm ki, biz birliyimizlə, cəsarətimizlə, başarılarımızla, mənəviyyatımızla bu adı daşımağa layiqik. Biz Qarabağ naminə olan məsuliyyətimizi idrak edirik. Başda klubun prezidenti Abdulbari Goozalin baxışlarıyla bütünləşən klubumuzun fəlsəfəsiylə qürur duyuruq. Bir daha qeyd edirəm ki, Xocalı faciəsi nəinki Azərbaycanın, eyni zamanda bütün ümumbəşəri faciədi".

Paylaş