Tahir Gözəl: "Qarabağ” oyun, cəsarət, keyfiyyət və şəxsiyyəti ilə Qarabağ məsələsini dünyaya çatdırmalıdır"

single-news
1 Avq 2019

Tahir Gözəl: "Qarabağ” oyun, cəsarət, keyfiyyət və şəxsiyyəti ilə Qarabağ məsələsini dünyaya çatdırmalıdır"



"Qarabağ"ımızın vitse-prezidenti Tahir Gözəl Çempionar Liqasının ikinci təsnifat mərhələsində "Dundalk"la cavab oyunundan (3:0) sonra jurnalistlərə açıqlamasında oyun haqda fikirləri və növbəti mərhələdə qarşılaşacağımız APOEL-lə oyunlar haqda öz fikirlərini bildirib:
 
Bu gün gözəl oyuna tamaşa elədik. Bir qol vurmağımız oyunun açılmasına səbəb oldu. Rəqib də əks-hücumda özünü göstərmək istədi. Gözəl oyun oldu, təbrik edirəm. Bilirsiniz, rəqib güclüdür, büdcəsi də bizdən yuxarıdır. APOEL hörmətəlayiq klubdur. “Qarabağ”ın oyununu bu gün birgə izlədik, mən həzz aldım. Qurban Qurbanov doğru siyasətlə klubumuzu idarə edir. “Qarabağ” doğru addımlarla irəli gedir. Hesab edirəm ki, indiki komanda tarixin ən güclü “Qarabağ”ıdır. Fikrimcə, çoxunuz mənimlə razılaşarsınız. Ona görə də addımlarımızı əmin şəkildə atırıq, qabağa gedirik. Kim deyə bilər ki, yekun nəticə nə olacaq? Ancaq hesab edirəm ki, APOEL qarşısında güclü komanda görəcəyik.

“Qarabağ” oyun, cəsarət, keyfiyyət və şəxsiyyəti ilə Qarabağ məsələsini dünyaya çatdırmalıdır. Bizim işimiz budur".

Paylaş