Tahir Gözəl “Qarabag”dan ayrıldı (ÇEMPİON, 18.07.2005)

single-news
18 İyl 2005

Tahir Gözəl “Qarabag”dan ayrıldı (ÇEMPİON, 18.07.2005)



Bu, son mövsüm “Neftçi”nin heyətində çempionluq sevinci yaşamış Eltay Aslanovdur. Hələlik bu futbolçu barədə yekun qərar verilməyib. Baxışda olan iranlı futbolçular - Əsgər Mühəbbi və Vahid Abidan, eləcə də Tahir Salahov geri qaytarılıb. Baş məşqçi Elxan Abdullayev bizimlə söhbətdə artıq heyətin komplektləşdiyini və daha heç bir futbolçuya ehtiyac duymadıqlarını söylədi: “İyulun 20-də bəyəndiyim futbolçularla müqavilə bağlanacaq. Daha yeni futbolçuya ehtiyac görmürəm. Ayın 20-dən başlayaraq məşqləri intensivləşdirəcəyik. Bir neçə yoxlama görüşləri də keçirməyi nəzərdə tutmuşuq”. Şənbə günü isə “Azərsun Holding”in iclas zalında “Qarabağ”ın prezidenti Abdulbari Gözəl klubla görüş keçirib. İlk öncə prezident bunları deyib: “Hər klubun enişli-yoxuşlu dövrü olur. “Qarabağ”ın enişli dövründə biz komandanı məhv olmağa qoymadıq. Şirkət olaraq futbola böyük yatırımlar qoyduq. Sevinirəm ki, futbol inkişaf edir. Lakin bu inkişafın fonunda çirkinliklər də müşahidə olunur. İndi bizim qarşımızda duran əsas vəzifə bu çirkinliklərlə mübarizə aparmaqdır”. Futbolçulara müraciət edən prezident onlardan təmiz və sadiq olmalarını xahiş etdi. Daha sonra o, kluba şəxsən nəzarət edəcəyini bildirdi: “Ötən il işlərin çoxluğundan futbola o qədər də vaxt ayıra bilmirdim və bütün səlahiyyətləri Tahir bəyə vermişdim. Amma indi bəzi başqa önəmli lahiyələrimiz var ki, Tahir bəy o işləri həyata keçirməlidir. Bundan sonra hər şeyə özüm nəzarət edəcəyəm. Sizə söz verirəm ki, bizə olan bütün haqsızlıqlara qarşı mübarizə aparacağam. Sizdənsə bir istəyim var. Sonuncu olun, amma təmiz və baxımlı futbol sərgiləyin”.

Paylaş

// pop up