Tahir Gözəl: “Quzanlı stadionu barədə AFFA və PFL-lə danışıqlar aparacağıq” (premyerliqa.az)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
Tahir Gözəl: “Quzanlı stadionu barədə AFFA və PFL-lə danışıqlar aparacağıq” (premyerliqa.az)
“Belə oyunla tezliklə daha yuxarı pillələrə yüksələcəyik”
“Qarabağ” bu gün yeni transfer Rəşad Sadıqovun təqdimatı üçün mətbuat konfransı keçirib. Premyerliqa.az-ın məlumatına görə, tədbir klubun vitse-prezidenti Tahir Gözəlin sözləri ilə başlayıb.
Əvvəlcə “Qarabağ”ın “Qəbələ” üzərindəki qələbəsindən danışan və nümayiş etdirilən futboldan razı qaldığını bildirən Tahir Gözəl bunları söyləyib: “Qəbələ”yə qarşı meydandakı mübarizəni və oyunu çox bəyəndim. Belə davam edəcəyimiz halda tezliklə daha yuxarı pilləyə yüksələcəyik. Komanda üçün sistemli şəkildə işlər görülür. Artıq “Qarabağ”ın bazası üçün Suraxanı qəsəbə stadionu haqda şifahi razışlaşma əldə edilib”.
İlk olaraq “Qarabağ” komandasının təlim-məşq toplanışlarını üçün baza tikintisinin planlaşdırıldığını bildirən Tahir Gözəl eyni zamanda Quzanlı stadionu haqqında da danışıb. Klubun vitse-prezidenti bu stadionu “Qarabağ”ın qalası kimi gördüyünü və gələcək mövsümlər üçün bu barədə AFFA və PFL-lə danışıqlar aparılacağını vurğulayıb.
Daha sonra isə Rəşad Sadıqovun komandaya qaytarılması ilə bağlı da açıqlama verən Tahir Gözəl Rəşadın Azərbaycan futbolu üçün çox önəmli sima olduğunu vurğulayıb.