Tahir Gözel yeniyetmələri ziyarət etdi
2 Mar 2012
Tahir Gözel yeniyetmələri ziyarət etdi
`Qarabağ`ımızın vitse-prezidenti Tahir Gözel daim komandamızın yanındadı. Bir neçə gün öncə əsas komandanı Xocalı soyqırımı ildönümü ərəfəsində ziyarət edən başqanımız bu dəfə yeniyetmələrimizin yanında olub. Bu gün Tahir bəy yeniyetmələrimizə dəstək vermək üçün əvəzedicilərin çempionatında baş tutan `Qarabağ` - AZAL oyununu izləyib. Matç sonrası Tahir bəy futbolçularla görüşüb. Yeniyetmələrə şərəfini qoruduqları klubun fərqliliyini anladan Tahir bəy `Qarabağ`ın gələcəyinin onlar olduğunu vurğuladı. `Qafqaz Barselona`sının yeniyetmələrinin o ruhu daşımalarının vacibliyini bildirdi. Əzmkarlıq, forma şərəfi, Qarabağ üçün mücadilə etməli olduğunu ifadə etdi. ``Qarabağ` Azərbaycanın Avropada ən uğurlu komandasıdır. Sizlər də bir neçə il sonra bu başarıları yaşamalısınız. Bəlkə də `Visla`, `Rusenborq` kimi komandaları yenmək sizin öhdənizə düşəcək``. Tahir bəy futbolçulara uğur arzulayaraq tez-tez onlarla maraqlanacağını və oyunları izləyəcəyini bildirdi.