Tahir Gözəl:``Qarabağ` bu il indiyədək heç olmadığı qədər güclüdü`

single-news
25 Apr 2011

Tahir Gözəl:``Qarabağ` bu il indiyədək heç olmadığı qədər güclüdü`



`Qarabağ`ımız sonuncu turda `İnter`i qəbul etdi. Daim komandanın yanında olan klub rəhbərliyi yenə də `Qarabağ`ımızdan dəstəyini əsirgəmədi. Oyun sonrası klubumuzun vitse-prezidenti Tahir Gözəl və `Azersun Holding` baş direktoru Fevzihan Aras paltardəyişmə otağına gələrək futbolçuları təbrik etdi. Başqanımız elə yerindəcə oyunla bağlı fanat.az saytına açıqlama verib. Tahir bəy açıqlamasında cari `Qarabağ`ı tarixinin ən güclüsü sayıb: `Maraqlı və gözəl oyun oldu. Fikrimcə, `Qarabağ` qələbəni haqqı etdi. Allahın köməkliyi ilə üç xalı qazandıq. Nəticədən razı qaldım.  Birinci pillə ilə aramızda xal fərqi çoxdu. Amma biz mübarizəmizi davam etdirəcəyik. Yekun nəticəni indidən bilmək olmaz. `Qarabağ` bu il indiyədək heç olmadığı qədər güclüdü. Bundan sonra hədəfimiz Avropada sözümüzü deməkdi. Premyer Liqanı ikinci pillədə tamamlayıb, Avropa Liqasında ötən ilkindən daha böyük uğur qazanmaq istəyirik`.

Paylaş

// pop up