TAKTİKİ HAZIRLIQLAR...

single-news
16 İyl 2007

TAKTİKİ HAZIRLIQLAR...



"Qarabağ" Futbol Klubunun Ankara,Kızılcahamamda təlim məşq toplanışı davam edir. Təlim məşqin 15-ci günü bütünlüklə istirahət edən komanda Ankaranın görməli yerlərinə gedərək, tarixi məkanlara baş çəkdilər. Bu gün isə Futbolçular intensif məşqləri bərpa etdilər. Bir gün öncəki istirahətin futbolçular üçün müsbət təsir etdiyi onların məşqlərində də biruzə verirdi. Futbolçuların əzmkarlığı isə məşqə əlavə rəng qatırdı. Səhər məşqi 30 və 70% qaçışdan sonra topla hərəkətlərə həsr olunmuşdu. Məşqin sonunda ikitərəfli oyun keçirildi ki, bununla da məşq başa çatdı.

Axşam məşqi isə bütünlüklə taktikaya həsr olundu. İkiyə iki, dördə iki, təkbəkək, yandan asmalar məşqin əsas qayəsini təşkil elədi. Məşq sonunda futbolçuların istəyi ilə ikitərfli oyun da keçirildi.

Komandanın təlim məşq prosesi davam edir...

Paylaş

// pop up