Tam heyətlə

single-news
11 Fev 2011

Tam heyətlə



`Qarabağ`ımız `Qəbələ` ilə oyunun hazırlıqlarını davam etdirir. Bazar günü baş tutacaq oyunöncəsi komandamız uzun bir aradan sonra tam heyətlə məşq keçə biləcək. Yanvarın 27-indən milli komandamızın sıralarında olan Ruaf Əliyev, Elvin Məmmədov, Samir Abasov və Vüqar Nadirov artıq komandamızın düşərgəsindədir.Eyni zamanda öz millilərinin düşərgəsində olan Admir Teli, Ansi Aqolli və Andrey Rubins də artıq geri dönüb.
Belə də bugün Suraxanı qəsəbə stadionunda komandamız tam heyətlə ilk məşqini edəcək. Sadəcə Maksim Medvedevin müailəcəsi hələ də davam etdiyindən `Qəbələ` ilə oyunda iştirak etməyəcəyi dəqiqdir.
Tofiq İsmayılov adına qəsəbə stadionunda günün  tək məşqi 15:00-da baş tutacaq.

Paylaş

// pop up