Tam sürətlə

single-news
8 İyl 2012

Tam sürətlə



`Qarabağ`ımız Qızılcahamamda təlim-məşq toplanışını davam etdirir. Təlim-məşq toplanışının bugünündə 2 çalışma vardı. Komandamız dünənki istirahətin ardından məşqə yerli vaxtla 10:30-da start verdi. Hər zaman olduğu kimi səhər məşqi fiziki yükləmələrlə keçdi. Belə desək, dünənki istirahət futbolçularla baha başa gəldi. 1 saat 45 dəqiqə davam edən məşqdə futbolçular meydan boyu qurulmuş maneələri dəf edərək, sürət, tüxnika, koordinasiya və fiziki davamlılıq üzərində işlədilər. Komandamızda zədəli futbolçuların olmaması üzləri güldürür. Sadəcə, Muarem Muarem çalışmanı erkən tərk etməli oldu. `Zob Ahan`la yoxlama görüşündə bel nahiyəsinə zərbə alaraq meydanı erkən tərk etməyə məcbur olan türkəsilli Makedoniya vətəndaşı eyni nahiyədə yen ağrı duyması məşqini yarımçıq saxlamsına səbəb oldu. `Qarabağ`ımızın 2-ci məşqi 18:30-a nəzərdə tutulub.

Paylaş

// pop up