TANITIM: BLAZENKO BEKAVAC JAKOV

single-news
17 Avq 2005

TANITIM: BLAZENKO BEKAVAC JAKOV



"Qarabağ" Futbol Klubuna cari mövsümdə daxil olan futbolçuların tanıtımını davam etdiririk. Növbəti futbolçu son iki mövsüm Kanadanın çempionu olmuş, əslən Xorvatiyadan olan Blazenko Bekavacdır. Ötən ay müdafiədəki boşluğu aradan qaldırmaq üçün klubumuza dəvət olunan və qısa zamanda məşqçilərimizin etimadını doğruldan müdafiəçi ilə çempionat öncəsi müqavilə imzalandı. İlk turda Tovuzun "Turan" klubu ilə matçda "Qarabağ"ın heyətində ən yaxşılardan biri olan futbolçu "Futbol+" qəzetinin qiymətləndirməsində də ən yaxşı seçilmişdir. 1.Adı: Bekavac 2.Soyadı: Blazenko 3.Doğulduğu yer: Gradacac, Xorvatiya 4.Doğum tarixi: 24.07.1975 5.Təhsili: orta 6.Ampluası: müdafiəçi 7.Boyu: 184 sm 8.Çəkisi: 78 kg 9.Ailə vəziyyəti: subay Xoşladığı... 10. ... yemək: plov 11.... meyvə: qarğız 12....içki: cola-light 13....musiqi: soul-music 14.... müğənni: Tony Braxton 15.... kino: God Father 16.... aktyor: Robert De Niro, Al Pacino 17....kitab: Pure of soul 18...yazıçı: Zlatko Sudac 19...rəng: qara 20 ...məşğuliyyəti: tennis 21. ...maşın: BMW 22. ...idarə etdiyi avtomobil: BMW 320İ 23. ...idman: tennis, xokkey 24. ...idmançı: 25. ... komanda: “İnter” , “Milan”. 26. ... məşqçi: yox 27. Arzuladığı titul: Azərbaycan Çemionu olmaq 28. Oynamaq istədiyi komanda: “Qarabağ” Çıxış etdiyi klublar: “Dinamo” (Zagreb), “Waldhof Manheim”(GER), “Fc Shweinfurt” (GER), “Siroki Brijeg” (Bosnia Hers.), “Hamilton Thunder”(CAN), “Qarabagh”.

Paylaş