TARİX TƏKRAR OLUNUR ! ? ....“ƏDLİYYƏ” – “QARABAĞ” 2:1

single-news
26 Apr 2005

TARİX TƏKRAR OLUNUR ! ? ....“ƏDLİYYƏ” – “QARABAĞ” 2:1



“Qarabağ” ikinci dəfə arxayınçılığın qurbanı oldu. Ötən dəfə “Bakılı” ilə matça belə əhval- ruhiyyədə başlayaraq, son anlarda Aslan Kərimovun vurduğu topla hasabı bərabərləşdirə bildik. Bu dəfə isə məğlub olduq. Autsayder “Ədliyyə” Klubuna... İlk dəqiqələrdən üstünlüyü ələ keçirən “Qarabağ” dalbadal bir neçə real qol imkanları yaxaladı. 14-cü dəqiqədə Samir Musayevin zədələnməsi və məcburi dəyişiklik taktikanın müəyyən mənada dəyişməsinə səbəb oldu. Amma ionu əvəzləyən Aqil Məmmədov matçın 33-cü dəqiqəsində hesabı açaraq, hücumçunu pis əvəz etmədiyini göstərdi... Amma... Vurmayana vurarlar... Çox işlənmiş bu termini biz də işlətməliyik. Matçın 78-ci dəqiqəsindən yandan asmaya Vüqar Nadirovun yalnız toxunuşu lazım idi. Lakin o bunu da edə bilmədi. Əvəzində rəqib küləyin köməkliyi ilə hesabı bərabərləşdirdi. Son dəqiqələrdə isə, Andrey Kolinenko və Rauf Mehdiyevin bir-birini başa düşməməsi ikinci topun qapımızdan keçməsinə gətirib çıxardı... Biz məğlub olduq. Qalib gələnləri təbrik edirik... Matçdan fotogörüntülərə FOTOQALEREYA bölməsindən baxa bilərsiniz.

Paylaş