Tarix təkrarlanacaq...
11 Mar 2009
Tarix təkrarlanacaq...
Sabah komandamız tarixi əhəmiyyətli oyununa çıxacaq. 14 final matçının cavab görüşündə `Neftçi`ylə qarşılaşacağıq. Tarixi qarşılaşmaya doğma meydanda qazandığımız 1:0-lıq qələbənin üstünlüyü ilə çıxacağıq. Təbii ki, hədəf təkdir: Əzəli və əbədi rəqibi keçib, kuboku qazanmaq.
Maraqlıdır ki, `Qarabağ`ımız tarixi boyu ölkə kubokunu 2 dəfə qazanıb: 1993 və 2006-da. Və hər 2 halda komandamızın yolu `Neftçi`ylə kəsişib. İlk zəfərin 14 finalında komandamız ilk görüşdə 2:1 hesabıyla qələbə qazanmış cavab görüşü isə qolsuz bərabərliklə yekunlaşmışdı. 3 il bundan öncə isə bu dəfə yarımfinalda həlledici matç üçün mübarizə aparmışıq. İlk oyunda səfərdə yenə də qol vurulmayıb. Cavab görüşündə isə Smair Musayevin yeganə qolu komandamıza vəsiqə qazandırıb. Tarix yenə də təkrarlanır… Yarımfinala az qaldı…