Tarix təkrarlanacaqmı?

single-news
17 Apr 2007

Tarix təkrarlanacaqmı?



Gənclik yoxsa təcrübə?

Yəqin, çoxları “Milan”ın “Bavariya” səddinin belə asanlıqla aşacağını gözləmirdi. Və ən azından almanların uzun müddətdi davam edən “Milan” sindromuna son qoyacağı gözlənilirdi. Amma, çifayda. Hər iki Avropa nəhənginin heç də yaxşı günlərini yaşamamasına baxmayaraq, gərgin mübarizə qarşılığında “Milan” ötən il 1/8-də olduğu kimi münhenliləri yarı yolda qoydu.
Əslində, “Bavariya”nın “qırmızı-qara”lara ilk oyunda uduzuduğunu söyləmək daha düzgün olardı. Təsadüfi deyil ki, müdafiəçi (!) Van Buytenin qəhrəmanlığını nəzərə almasaq, alman hücumçular bir dəfə də real qol imkqanı yarada bilmədi. Deməli, Münhendə, qola daha ehtiyacı olan  ev sahibləri Milanda edə bilmədiyini etməliydi. Lakin göründüyü kimi, Laman hücumçu növbəti oyunda bir qol epizodu belə yarda bilmədi(1).
Digər cütlüklərin mübarizəsində İngilislərin hal-hazırda rəqiblərindən üstün olduğunu nəzərə alsaq futbolin yaradıcılarının uğurları baş düşüləndir. Amma indi hamını bir şey düşündürürür. Tarix təkrarlanacaqmı?
Belə ki, 2000-ci ildə ispanlar, 2003-cü ildə italyanlar Çl-in yarımfinalında 3 komandayla mübarizə aparmış sonda finalda eyni ölkənin təmsilçiləri qarşılaşmışdı. İndi komandaların çıxışına baxanda bir ingilis finalnı izləyə biləcəyimiz görüntüsü yaranır. Amma?
“Milan” mövsümün əvvəlində Andrey Şevçenkonu itirdikdən sonra hücumçu problemi ilə qarşılaşması hər kəsə bəllidir. Üstəlik, komandanın İtaliya bürümş qalmaqal toruna düşməsi “rossonyeri”lərin düşərgəsində vəziyyəti bir qədər də qəlizləşdirdi. Lakin, böyük klublara məxsus olan təcrübə, çətin məqamlarda toparlanma Milanın eyniadlı klubunda özünü qabarıq göstərdi.  Ronaldonun qışda “Real”dan alınması daxili birincilikdə italyanların əlindən tutsa da Çl-də əldə olan materialın düzgün istifadə olunması “Milan”ın son 5 ildə 4-cü(!) dəfə Avropanın ən nüfuzlu turnirində yarımfinala çıxardı.
Belə baxanda  yenə də “Milan” heç də çempionluğa əsas namizəd hesab olunmur. Axı, cari mövsümüm fantastik keçirən “Mançester Yunayted” və son iki ildə İngiltərə çempionluğunu qazanmış “Çelsi” və iki il öncə elə həmin “Milan”ı finalda dramatik şəkildə məğlub edən “Liverpul”un heç də asan tikə olmayacağını söyləmək olar.
Əslində, “Milan”ın heyətini yetərincə “qoca” olduğunu unutmaq lazım deyil. Düzdü, bunun fiziki gücün tələb olunduğu Avropa futbolunda bir “minus” olsa da bir-iki istisna olmaqla məhz bu heyətin yarımfinallarda oynamış komanda olduğunu nəzərə alsaq deməli “rossonyer”lərin uğurun yolunu bildiyi qənaətinə gəlmiş olarıq. Amma zənnimcə, italyanların finala gedən yolunu hücumçuları və Kaka müəyyən edəcək. Ön xətt ounçuların son vuruşlarının nə dərəcə də uğurlu olması və lideri Kakanın “günün”də olmasından asılı olaraq, Avropanın ikinci ən titullu klubunun taleyinə aydınlıq gələcək.
Amma bir şeyi dəqiq deyə bilərəm ki, son 5 görüşdə yetərincə gərgin və son illərin ən maraqlı CL-in həlledici mərhələsinə şahid olacağıq. Burada gəncliyin yoxsa təcrübənin qalib gələcəyindən asılı olmayaraq azarkeşlər əsl futbol həyəcanına qapılacaq. Yaşayarıq, görərik...
P.S. “Mançester Yunayted”in baş məşqçisi yarımfinalda qarşılaşacağı “Milan” qarşısına iki il öncə uşaq olan lakin indi kişiləşmiş Runi və Kriştiano Ronaldo ilə çıxacağını bildirməsi Cl-də təcrübənin rolunu dolayısıyla etiraf edib.

Paylaş

// pop up