TARİXDƏN BİR SƏHİFƏ: "KARVAN" - QARABAĞ"

single-news
14 Sen 2005

TARİXDƏN BİR SƏHİFƏ: "KARVAN" - QARABAĞ"



Bu klubların qarşılaşmaları ele de uzaq keçmişə təsadüf etmir. Uzun tarixi olan "Qarabağ" FK-dan fərqli olaraq "Karvan" Futbol Klubunun hələ cəmi bir yaşı var və bu klublar cəmi iki dəfə qarşılaşıblar. Lakin cavan olmasına baxmayaraq, ele ilk ildəcə bürünc medallara layiq görülməsi klubun iddiasından xəbər verir. Ötən il bu klublar arasındaki ilk qarşılaşma T.İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirildi. Hesabı "Qarabağ" açsa da matçın sonlarında buraxılmış iki qol "Karvan"ın qələbəsini rəsmiləşdirdi. "Qarabağ" isə cavabı Yevlaxda verdi. İkinci dövrənin əvvəllərindəki matç Yevlaxa gəlmiş həm "Qarabağ" həm də "Karvan" fanatlarının yaddaşlarından hələ də silinməmişdir. Hər iki tərəfin açıq futbol sərgiləməsinə baxmayaraq sonda gülən tərəf "Qarabağ" oldu. Xatırladaq ki, bu klublar arasında növbəti matç Azərbaycan Çempionatının V turu çərçivəsində saat 17:00, 18.09.2005-ci il tarixində Yevlax şəhərində keçiriləcək.

Paylaş