Tarixi derbi:`Qarabağ` - `Neftçi`. 1:0

single-news
11 Avq 2012

Tarixi derbi:`Qarabağ` - `Neftçi`. 1:0



`QARABAĞ`: Miro Varvodiç, Qara Qarayev, Maksim Medvedev, Namiq Yusifov, Muarrem Muarem, Vüqar Nadirov, Rəşad Sadıqov, Riçard Almeyda, Əfran İsmayılov, Admir Teli, Ansi Aqolli

`NEFTÇİ`: Saşa Stamenkoviç, Saşa Yunisoğlu, Elvin Yunuszadə, Brunu Bertuççi, Emin Mehdiyev, Rəşad Sadiqov, Erik Ramos, Mirhüseyn Seyidov, Flavinyo, Julius Voboy, Nikolas Kanales

1`- `Neftçi` oyuna başlayır
4`- `Qarabağ` hücumu... Vüqarın sağ cinahdan cərimə meydançasına ötürməsi, lakin Qaranın qapıya doğru zərbəsi və top qapıdan yan keçir
7`- Oyun hələki daha çox meydanın mərkəzində gedir
9`- Vüqar cərimə meydançasına daxil olur, onun qapıya doğru zərbəsi, lakin top qapı torunu yandan sirkələyir
10`- Vüqarın uzaqdan qapıya doğru daha bir zərbəsi, lakin top qapının üstündən keçir
14`- Riçard cərimə zərbəsi yerinə yetirir, qapıya doğru zərbə, top qapının yanından keçir
16`- Vüqar sağ cinahdan cərimə meydançasına daxil olur, lakin onun son ötürməsi qeyri dəqiq olur
20`- İlk künc zərbəmiz nəticə vermir
23`- Bu dəqiqələrdə ərazi üstünlüyü komandamızdadı
27`- Daha bir hücum... Ansi Aqollinin asmasını qapıçı dəf edə bilir
29`- Maksimin uzaqdan qapıya doğru zərbəsi, lakin top qapının üstündən keçir
31`- Muarrem cərimə meydançasına daxil olur, lakin ona qarşı kobudluq edilir. Lakin hakimin penalti vermeyə cəsarəti çatmır
33`- Topa nəzarət tamamilə komandamızın tərəfindədi
40`- Ən real qol şansımız... Vüqarın Aqolliyə ötürməsi, Aqollinin boş qapıya zərbəsi, lakin qapıçı son anda topu boş qapıdan çıxara bilir
42`- QOOOOOL! Qaranın zərbəsindən sonra top qapıya daxil olur
45`- İlk hissə bitir
46`- İkinci hissə başlayır
49`- `Qarabağ` hücumu... Əfran sürətlə irəliləyir, lakin o son anda qapıya zərbə endirə bilmir
52`- Vüqar sarı vərəqə alır
56`- Namiq Yusifov sarı vərəqə alır
60`- `Qarabağ` hücumu... Vüqarın asmasından sonra Əfranın başla qapıya doğru zərbəsi qeyri dəqiq olur
64`- Daha bir hücum... Lakin Əfran qapıçı ilə mübarizədən qalib ayrıla bilmir
69`- Əfranın cərimə meydançasında yerlə ötürməsini qapıçı tuta bilir
72`- Kanales sarı vərəqə alır
75`- Bertuççi sarı vərəqə alır
77`- Rəqib oyunçular bu dəqiqələrdə meydanda ancaq kobud oyun göstərirlər
78`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi... Vüqarı Rauf Əliyev əvəzləyir
82`- `Neftçi` oyunda ilk təhlükəli hücum yaratsa da Miro yerindədir
85`- `Qarabağ`ın təhlüəkəli hücumu... Riçardın qapıya doğru qüvvətli zərbəsi, lakin müdafiəçilər topu uzaqlaşdırır
89`- `Qarabağ`da oyunçu dəyişikliyi... Əfranı İlqar Qurbanov əvəzləyir
90`- Oyuna 3 dəqiqə əlavə olunur
90+1`- Ardıcıl hücumlarımız... Öncə Qaranın, sonra Riçardın zərbəsi qapıdan yan keçir
90+2`- `Qarabağ`da son oyunçu dəyişikliyi... Mauremi Elnur əvəzləyir
90+4`- Oyun 1-0 hesabı ilə bitir

Paylaş

// pop up