TARİXİ DUEL: "QARABAĞ" YALNIZ QƏLƏBƏ DEYİR....

single-news
3 Dek 2005

TARİXİ DUEL: "QARABAĞ" YALNIZ QƏLƏBƏ DEYİR....



Azərbaycan Çempionatının növbəti turu çərçivəsində azarkeşlər tarixi duelin şahidi olacaqlar. Azərbaycan çempionatının köklü iki klubu- "Qarabağ" və "Gəncə" qarşı-qarşıya gələcəklər... İndiyədək "Qarabağ" "ev"də "Gəncə" ilə 12 dəfə qarşılaşmışdır və heç də demək olmaz ki, "qonaqpərvərlik" göstərmişdir: 6 qələbə,4 heç-heçə və yalnız 2 məğlubiyyət. Top fərqi də "Qarabağ"ın tərəfindədir: 16-9. Keçirilən görüşlərdə aşağıdakı hesablar qeydə alınmışdır: 1992 - 0:0; 1993 - ; 1993/94 - 1:1; 1994/95 - 0:2; 1995/96 - 3:0; 1996/97 - 1:0; 1997/98 - 0:0; 1998/99 - 2:1, 0:2; 1999/00 - 2:1; 2000/01 - 2:1; 2003/04 - 4:0; 2004/05 - 1:1. Bu matça qədər saytımız vasitəsilə azarkeşlər arasında da sorğu keçirdik. Sorğunun nəticələrinə əsasən deyə bilərik ki, azarkeşlər də "Qarabağ"dan yalnız qələbə gözləyir: Ümumilikdə respondentlərin 66%-i 1:0,2:1,2:0 və ya 3:0 hesabları ilə qələbəyə səs vermişlər... Suraxanı qəsəbə stadionu da matç üçün hazırdır. Təzəcə təmirdən çıxmış meydanın ot örtüyü əla vəziyyətdədir. Komandaları isə meydana çıxaracaq hakimlərin adları artıq elan olunmuşdur: A.Niyazov, R.Vasilyev, M.Mahmudov, V.Muradova. Hakim-inspektor: X.Novruzov. AFFA nümayəndəsi: V.Yudanov. KOMANDAMIZA AZARKEŞLİK ETMƏK ÜÇÜN HAMINIZI 04.12.2005-Cİ İL, SAAT 14:00-DA T.İSMAYILOV ADINA SURAXANI QƏSƏBƏ STADİONUNA DƏVƏT EDİRİK...

Paylaş