TARİXİN YETİŞDİRDİYİ MİLLİ LİDER
10 May 2005
TARİXİN YETİŞDİRDİYİ MİLLİ LİDER
“Ölüm var ki, həyat qədər dəyrli. Həyat var ki, ölümdən də zəhərli...”
10 may 1923-cü il....
... İnsanlar bu dünyaya həyat- ömür adlanan müəyyən bir müddəti başa vurmaq üçün gəlir. Əlbəttə ki, başlanğıc nöqtədən sona qədər hər kəsin əməlləri təkcə onun üzvü olduğu cəmiyyətə nə verməsi ilə xarakterik olmur, eyni zamanda gələcək nəsillərə onun şəxsiyyətini müəyyənləşdirmək üçün şərait yaradır.
Ancaq elələri də var ki, Tanrı tərəfindən onların üzərinə yaşadıqları dövrdə xüsusi missiyanı yerinə yetirmək məsuliyyəti qoyulur. Bu cür insanların özləri də müxtəlif qruplara bölünür. Onların ən qüdrətliləri isə, sözsüz ki, təkcə doğulduğu məkanda deyil, bütövlükdə dünyada gedən proseslərə təsir etmək imkanı olanlardır. Tarixin inkişafına kifayət qədər ciddi təsir etmək imkanına malik olan bu cür şəxsiyyətləri zaman çox böyük fasilələrlə bəşəriyyətə bəxş edir. Belə oğullar hər xalqın qismətinə düşmür, bütün millətlərin bəxtinə, taleyinə yazılmır. Bu mənada Azərbaycan xalqını xoşbəxt və ya bəxti gətirən millətlərdən adlandırmaq olar. Çünki Tanrı məhz bu xalqa, özü də taleyinin ən çətin və mürəkkəb dövründə, sözsüz ki, dünyanın bütün xalqlarının arzusunda olduqları, həsəd apardıqları nəhəng bir şəxsiyyəti - Heydər Əliyevi bəxş edib...
NƏ QƏDƏR Kİ, MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİ VAR, AZƏRBAYCAN XALQI VAR, HEYDƏR ƏLİYEV DƏ ÜRƏKLƏRDƏ YAŞAYACAQDIR ....