Tarzən Aslan azarkeşlərə haqq verir (MƏTBUAT, 12.09.2005)

single-news
12 Sen 2005

Tarzən Aslan azarkeşlərə haqq verir (MƏTBUAT, 12.09.2005)



Özümüzü onlara sevdirə bilməmişik" SƏMİMİ SÖHBƏT Aslan Kərimov Doğum tariixi: 01.01.1973 Doğum yeri: Bakı Boyu: 174 sm Çəkisi: 75 kq Ailə vəziyyəti: evli Ampluası: yarımmüdafiəçi Karyerası: "Termist", "Azəri", "Qarabağ", "Neftçi", "Kəpəz", "Baltika" (Rusiya), "ANS-Pivani", "Şəmkir" Hazırkı klubu: "Qarabağ" Milli nömrəsi: 8 Salam, oxucum! Görüşünə yeni rubrikayla gəlirik. Bu sayımızdan etibarən vaxtaşırı səni futbolçularımızdan birinin meydandan kənar həyatı ilə yaxından tanış edəcəyik. Yəqin ki, yaşıl meydanda pis və ya yaxşı oyunu ilə tanıdığın futbolçunun xarakteri, düşüncə tərzi, vətənə nə dərəcədə bağlı olması səninçün də maralıdı. "Səmimi söhbət"in ilk səmimi müsahibi "Qarabağ"ın və yığmamızın yarımmüdafiəçisi Aslan Kərimovdu. "Döyüşçü"ylə söhbətə uşaqlığından başladıq. - Biləcəri qəsəbəsində doğulub böyümüşəm. Ailədə iki uşağıq. Məndən dörd yaş böyük olan bacım və mən. Uşaqlıqdan dəcəl olmuşam. Şuluqluq etdiyimə görə valideynlərimi tez-tez məktəbə çağırırdılar. - Futbol oynamağa da yəqin o vaxtlardan başlamısan? - Hə. Məhəllədə bütün günü uşaqdarla futbol oynayırdıq. Bəxtiyarla (Bəxtiyar Musayev - V.) o vaxtdan qonşuyuq. Həm də məktəbdə paralel oxuyurduq. 5, ya da 6-cı sinifdə idim. Onda Bəxtiyar "Spartak"da futbola gedirdi. Təklif elədi ki, mən də ora üzv olum. Gəlib evdə deyəndə valideynlərim bir qədər narazılıq elədi. İstəyirdilər ki, ali təhsil alıb müəyyən sahə üzrə mütəxxəssis olum. Axı o dövrdə instituta qəbul olmaq dəb idi. Onda futbola sadəcə, əyləncə kimi baxırdılar. Amma təkidlə onları "Spartak"a getməyimə razı saldım. - Belə çıxır ki, böyük futbola gəlməyinə Musayevin müəyyən təsiri olub... - Əlbəttə. Bəlkə də Bəxtiyarın o sözü olmasaydı, indi heç futbolçu deyildim. Düzdü, fikrimdə futbolçu olmaq var idi. Amma hara getməyi, necə eləməyi bilmirdim. Buna görə Bəxtiyarın mənə böyük köməyi oldu. - Futboldan başqa məşğuliyyətin var idi? - Musiqi məktəbində tar sinfinə gedirdim. Oranı "beş"lə bitirdim. Babam tarçalan idi. Qurban Pirimovdan yadigar tarı var idi. İndi də onu antikvar əşya kimi saxlayırıq. Elə bilirdilər ki, musiqi olacam. - Özünü tarzən kimi təsəvvür edirdin? - Qətiyyən yox. - Ancaq futbol barədə fikirləşirdin? - Əslində o vaxt heç düşünmürdüm ki, futbolla çörək qazanmaq olar. Beşinci sinif şagirdi idim. Sadəcə, bu idmanı çox sevirdim. Get-gedə qarşıma qoyduğum kiçik məqsədlərə çata-çata futbolçu oldum. - Kumirin kim olub? - Heç kim. Sadəcə, dünya çempionatlarına baxanda Maradonanın, Qullitin oyunundan xoşum gəlirdi. Ancaq onlara ideal kimi baxmırdım. Onu deyə bilərəm ki, ən böyük arzum "Neftçi"də oynamaq olub. Sonradan istəyimə çatdım. - Böyüdüyün Biləcəri mühitinin xarakterinə təsiri olub? - Xarakterimə yox, amma oynadığım futbol tərzinə müəyyən dərəcədə təsir göstərib. Məhəllə futbolu da olsa, orda oynamağı bacaran çoxlu uşaqlar var. Elə böyüklər də. Orda parkımız var, gündüzlər uşaqlar, axşamlar isə böyüklər futbol oynayır. Mən də boş vaxtlarımda və ya zədəli olub komandayla birgə məşqə çıxa bilməyəndə onlara qoşuluram. - Nə əcəb indiyədək şəhərin mərkəzinə köçməmisən? - Biləcəri mənim üçün daha rahatdı. Yaxın qohumlarımız da orda yaşayır. Uşaqlığın doğma xatirələri də ora bağlıdı. Üçotaqlı evimiz, balaca bağımız var. Ailəm, iki uşağım və valideynlərimlə birgə orda yaşayırıq. - Ailən gəncdi. Həyat yoldaşınla valideynlərin arasında problem olmur ki? - Şükürlər olsun, hələ ki elə bir problem yoxdu. Hər şey insanın xarakterindən asılıdı. - Həyat yoldaşını özün seçmisən? - Əlbəttə. Onu çoxdan tanıyırdım. Ata tərəfdən uzaq qohumumuzdu. Bir-birimizi çox yaxşı başa düşürük. - Neçə uşağınız var? - İki. Böyük övladım qızdı, Fəridə. Anam öz adını verib. Oğlumun adı isə Adildi. - Qızın olanda təssüf hissi keçirmədin? Axı necə olsa, kişilər daha çox oğlu olmasını arzulayırlar. - Qətiyyən. Ailəmizdə hamı dindardı. Mən özüm də artıq iki ildi namaz qılıram. Yəni heç kim Allahın verdiyi paya naşükürlük etmədi. Bəlkə də iki və ya üç qızım olsaydı, onda düşünərdim ki, kaş oğlum olaydı. Amma ikinci övladım oğlan oldu. - Adilin sənin yolunla getməsini istərdin? - Bu mənim istəyimdən asılı olan deyil. Ola bilər ki, özü başqa peşə seçsin. Qarışmaram. Heç bir varlı insan oğlunun futbolçu olmasını istəməz. Bir də mən özüm futbolun nə qədər çətin olduğunu görürəm. Fiziki yüklərdən sonra insan nə qədər güclü olursa-olsun, hərdən çətinlikdən bezir. Amma futboldan başqa heç bir sənətinin olmadığını, bundan başqa heç bir yolla pul qazana bilmədiyini fikirləşəndə o yükün altına girməyə məcbur olursan. - Nəvaxtsa futbolu atmaq istəmisən?...

Paylaş